BölmələrRU
Xidmətlər
 

Səhiyyə Nazirliyindən magistratura qərarı - Qayda dəyişdi

Səhiyyə Nazirliyinin Kollegiyası  "Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nda dəyişiklik edib. 

Medicina.az-ın məlumatına görə, bu Qaydalar fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması qaydasını müəyyən edir.

Fasiləsiz əmək stajına görə əlavə haqq işçiyə bu əlavəni almaq hüququ verən vəzifədə (peşə) çalışdıqda ödənilir.

İndiyə qədər bakalavriat və rezidentura dövrlərində fasiləsiz əmək stajı saxlanılıb, lakin bu dövrlər fasiləsiz əmək stajına daxil edilməyib. Dəyişikliyə əsasən magistratura da bu sıraya daxil edilib. Başqa sözlə, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) dövrlərində fasiləsiz əmək stajı saxlanılacaq, lakin bu dövrlər fasiləsiz əmək stajına daxil edilməyəcək. 

Qərar noyabrın 24-dən qüvvəyə minib.