Səhər, yoxsa axşam duşu… - Hansı daha faydalıdır?

  • 2018.05.01 15:49
  • 27966 Baxış
Səhər, yoxsa axşam duşu… -  Hansı daha faydalıdır?
Bəzi insanlar səhərlər, bəziləri isə gün sonunda yorğunluğu atmaq üçün duş qəbul edirlər. İnsan zehni üçün isə duş qəbulunun hansı saatda edilməsi böyük əhəmiyyət kəsb edir.


Medicina.az xəbər verir ki, araşdırmalara əsasən, stresli işdə çalışanlar üçün ən idealı səhər saatlarında duş qəbul etməkdir. Çünki səhər duşu yaradıcılıq qabiliyyətini artırır. 


Yuxuya getməkdə problem yaşayanlara isə daha çox axşam çimmək tövsiyə edilir.


Həmçinin axşam duşu bədən istiliyini təmin edir və daha tez yuxuya getməni təmin edir. 


Duş qəbulunun saatı qədər suyun istiliyi də çox vacibdir. İsti su daha yaxşı hiss etdirsə də, sağlamlıq cəhətdən ilıq su daha faydalıdır.

 

Şəhanə Quliyeva