Amerikalı tədqiqatçı Sabrina Şlezinger qidalanma ilə II tip diabetin əlaqəsini araşdıran elmi işə imza atıb.
Təcrübədə 100.000 insanın məlumatları analiz olunub. Onlardan 5000 nəfərində diabet var idi. Məlum olub ki, hər gün səhər yeməyini təxirə salan, səhərlər heç yeməyən insanlarda diabetə tutulma riski 35% çoxdur.
Medicina.az xəbər verir ki, həftədə 4-5 dəfə səhər yeməyi yeməyən insanlarda diabet riski 55%-ə çatır. Adətən səhər yeməyindən artıq çəkisi olan, piylənməyə meyilli və arıqlamaq istəyən insanlar imtina edir ki, az yeyim kökəlməyim. Elə məhz bu insanlar da diabet riski qrupuna aiddir. Onların səhər yemətindən imtina etməsi isə diabeti yaxınlaşdırır.
Səhər heç nə yeməyən insan tez acıyır, günorta daha çox yeyir, bu zaman qanda insulin çox sıçrayır, bu da maddələr mübadiləsini pozur. Ona görə səhərlər yüngül də olsa yemək qəbulu mütləqdir.