- Uşaq və yeniyetmələrdə rast gəlinən xərçəngin əlamətləriSarkoma

  • 2019.04.15 17:28
  • 10673 Baxış
 - Uşaq və yeniyetmələrdə rast gəlinən xərçəngin əlamətləri Sarkoma
 

Sarkoma daxili orqanların epitel və birləşdirici toxumalarından inkişaf edən xərçəng növüdür. 


Medicina.az bildirir ki, əsasən də uşaqlarda rast gəlinən bu xərçəng növü digər xərçəng növlərinə nisbətən daha sürətlə inkişaf edir və aqresivliyi ilə seçilir. Letal nəticəyə səbəb olan xərçəng növləri içərisində ikinci yeri tutur. 


2 növü  var: 


• Bərk toxumalaradan inkişaf edən xərçəng (sümük)

• Yumşaq toxumalardan inkişaf edən (əzələ, piy və s. )


Səbəbləri: 


Xəstəliyiyn bir sıra əmələ gəlmə səbəbləri var. Bunlara ailə anamnezindən tutmuş irsiyyətə qədər bir çox amillər daxil edilə bilər.  Ağır formaları isə əsasən cərrahi müdaxilə, orqan nəqli, ionlaşdırıcı radiasiya onkogen virusların hüceyrəyə təsiri səbəbindən meydana gəlir. 


Əlamətləri:

 

Əsas əlamətləri xərçəngin əmələ gəldiyi nahiyədə ağrı, palpasiya və fiziki təzyiq zamanı ağrı, şişin yaranması, orqanın formasının dəyişməsi, orqanların funksiyalarının dəyişməsi və s.  


Sarkomanın ən dəqiq diaqnostikası USM vasitəsilə qoyulur. Bundan başqa MRT və KT vasitəsilə də şişin yerləşdiyi nahiyə və onun inkişaf dərəcəsi haqda dəqiq məlumat əldə etmək mümkündür. Şişdən götürülən biopsiya şiş hüceyrələrinin keyfiyyəti və xüsusiyyətləri haqda dəqiq  informasiya verəcək. Sarkoma zamanı şişin metastazları özünü daha aqressiv aparır. 


Xəstəliyin müalicəsi 


Xəstəliyin müalicəsi zamanı cərrahi müdaxilə olunubsa daha sonra kimyaterapiya, şüa terapiyası tətbiq edilir. Müalicənin davamında medikamentoz müalicə tətbiq edilir. 


Statistikaya görə, sarkomaya 1 % hallarda rast gəlinir.  Ancaq bütün xərçəng növləri içərisinə ölüm səviyyəsinə görə, 2-ci yeri tutur. 

Sümük sarkomasının 50%, yumşaq toxuma sarkoması isə 20% hallarda hallarda isə 35 yaşa qədər insanlarda təsadüf olunur. 


Xəstəliyin rast gəlinmə tezliyi 0.2-nin 100000 nisbətində rast gəlinir.