BölmələrRU
Xidmətlər
 

Sarıkök və qadınlar – Qoruyur, sağaldır, cavan və gözəl saxlayır

Sarıkök qədimdən qadınların sağlamlığında mühüm rol oynayıb. 
Sarıkök bitkisinin üyüdülmüş forması tibb və kulinariyada 3000-ildən çoxdur istifadə olunur. Ona Şərqdə sarı zəncəfil də deyirlər. 

Medicina.az xəbər verir ki, sarıkökdə bu maddələr var: kurkimin – güclü antibiotikdir, qadın üçün antioksidantdır. Onkoloji hüceyrələri zəiflədir. Süd vəzi və uşaqlığı qoruyur. 

Tumeron – infeksiyalara qarşıdır, parazitləri öldürür.
Bioflavanoid – ürək və damarlar üçün vacibdir
Yod – hormonal balans üçün. Dəri, dırnaq, saçlar üçün lazımdır. 
Vitaminlərdən B qrup, C, E, P

Həmçinin maqniy, natriy, dəmir, fosfor, kaliylə zəngindir. 
Sarıkök qızdırma salıcı, antiseptikdir. 

Ümumi olaraq bu problemlərdə istifadə olunur:

-Qanda xolesterin artanda
-Mədə-bağırsaq, həzm problemi, yüksək turşuluq
-Öd pozğunluğu
-Diabet
-Ginekoloji xəstəliklər, iltihab, onkologiya
-Alsgeymer xəstəliyi

-Dəri xəstəlikləri
-Aritmiya, ürək çatışmazlığı

Qadınlar üçün: menopauza dövründə çox vacibdir, çünki yüngülləşdirir.
Bədəndə artıq yağ, piy toplanmasının qarşısını alır. Arıqlamağa kömək edir. 
Dietoloqlar arıqlama üçün təmiz sarıkökü kefirə qatıb acqarına içməyi məsləhət görür. 
Bədəndən şlak, toksinləri, zəhərləri çıxarır.

Dərini cavanlaşdırır, təravətləndirir. Dünyada qədimdən minlərlə qadın üzünə sarıkök maskası edir. Çünki tərkibində güclü regeneraziya-dəri bərpaedici maddə var. Sarıkök maskası dəridə çapıq, iz, ləkə, qırış, yanıq izlərini apara bilir. 

Klassik resepti: 2 çay qaşığı sarıkökü otaq hərarətində ilıq su ilə qarışdırırsız. Bu maskanı üz, əllər, dabam, dekolteyə çəkmək olar. Sadəcə çox saxlamayın, çünki dəriyə sarımtıl rəng verə bilər. Sonra ilıq su ilə yuyun. 
 


Daxilə qəbul edilmə qaydası
Nəzərə alın ki, maksimal sutkalıq doza böyük insan üçün 7 qramdır. Uşaqlara olmaz. Yalnız 12 yaşdan sonra. 
Sutkalıq doza birdəfəlik qəbul olunmur. 2-3 porsiyaya bölünür və bir neçə saatdan bir qəbul edilir. 

Sarıkökün yaxşı mənimsənilməsinə yumurta sarısı, süd kömək edir. Ona görə südə bir az qatıb içmək olar. Daha sonra təmiz zeytun yağına qatıb, udmaq olar.  Amma ən yayılmış üsul sarıkökü qara istiotla qəbul etməkdir. Sarıkökün üzərində azca istiot səpib qəbul edin. 

Soyuqdəymə və iltihabda

Sarıköklü çay: yarım litr qaynar suya 1 çay qaşığı sarıkök qatıb qarışdırır və 2 dəqiqədən sonra oddan götürürsüz. 10dəqiqə kənarda saxlayıb, tənzifdən süzüb, bir dilim limon ataraq içirsiz. Çayı isti halda sutkada 3 dəfə için. 

Onkoloji xəstəliklərə qarşı

Südə yarım çay qaşığı sarıkök, yarım çay qaşığı zəncəfil tozu qarışdırıb, 
gündə 2 dəfə içilir. Kurs 2 həftədir. 

Sarıkök kimlərə olmaz: 

-Mədə-bağırsaq xorası, koliti olanlara
-Öd kisəsində daş olanlara
-Qəbizliyi olanlara
-Hamilələr
-Sarıkökə qarşı allergiyası olanlara