Saqqız udmaq təhlükəlidirmi?

  • 2018.12.11 10:03
  • 8614 Baxış
Saqqız udmaq təhlükəlidirmi?
Yəqin ki, saqqız udulan zaman onun bağırsaqda yeddi il qalması haqda eşitmisiniz. Övladınız saqqız udubsa təşvişə düzmək lazım deyil. Düzdür saqqız həzm olunmur, amma orqanizmdən kifayət qədər tez xaric olur. 


Medicina.az sizə uşaqlarda saqqız udmanın verə biləcəyi fəsadlarda söz açır:


İlk əvvəl saqqızları tropik bitki olan sapodillanın gövdəsindən alınan ağ lateksdən hazırlayırdılar. Onun dartılan tərkibə malik olması üçün parafin mumundan istifadə edilirdi. 


II Dünya müharibəsindən sonra alimlər saqqızın tərkibini sintetik maddə ilə əvəzləyiblər. Beləliklə də saqqız çeynənərkən qopmayan sintetik kauçukdan istehsal olunmağa başlayıb. Bu maddəyə ətir və rəng əlavə etmək daha rahatdır. Beləliklə də istər təbii, istərsə də sintetik tərkibli saqqızlar udulduqda tərkibi və forması dəyişmədən bədəndən xaric olur. Saqqızın bədəndən çıxması hər kəsin həzm sisteminin vəziyyətindən aslıdır. Əslində isə ciddi bir təhlükəsi yoxdur. Sadəcə olaraq xroniki udulan saqqız bağırsağın işinə maneə yarada bilər. Belə bir fikir formalaşıb ki, udulan saqqız orqanzimdə 7 il qalır. 

Amma bu səhv fikirdir. Belə ki, saqqız orta hesabla 1 həftə ərzində həzm sistemindən keçir. Udulan saqqızın rəngi, şirinliyi və dadı bədən tərəfindən sovrula bilər, amma onun tərkibi dəyişməz olaraq qalacaq. 


Arzu

Medicina.az