Salatlara vururuq, amma faydalarından xəbərsizik - Biləndən sonra hər gün istifadə edəcəksiniz

  • 2019.02.06 12:33
  • 12361 Baxış
Salatlara vururuq, amma faydalarından xəbərsizik -  Biləndən sonra hər gün istifadə edəcəksiniz

Əsasən salatlarda istifadə edilən zeytun yağı və limon qarışığı dadlı olmasından əlavə, sağlamlıq üçün də çox faydalıdır. 


Medicina.az xəbər verir ki, bu dadlı sous piyləri əridir, həzm sisteminə müsbət təsir göstərir.

 

Əgər zeytun yağı ilə limon suyunu qarışdırıb istifadə etsəniz, bu, əvvəlcə həzm sisteminə faydalı olacaq.


Həmçinin, siz daha az yeyərək uzun müddət tox qalacaqsınız. Bundan əlavə, bu qarışım  maddələr mübadiləsini sürətləndirir və iltihabın qarşısını alır. 


Tərkibində olan yağ turşuları əsasən də qarın bölgədə olan piyləri əridir. 

Faydasını görmək üçün bu qarışımdan çox istifadə etmək lazım deyil. Gündə bir dəfə, sadəcə salatlara əlavə etməyiniz kifayətdir. 

 

Yaşlanmağın qarşısını alır 

 

Antioksidanların ən əsas xüsusiyyətlərindən biri erken yaşlanmanı aradan qaldırmaqdır. Zeytun yağı və limon suyu qarışımının faydalarından biri də məhz budur. Bu qarışım tərkibində olan E vitamini sayəsində dəridə olan qırışları azalır. Həm də yalnız xarici görünüş deyil, insan daxildən də gəncləşir. Özünü daha enerjili hiss edir. 

 

Qəbizliyin qarşısını alır

 

Zeytun yağı təbii bir qəbizlik dərmanı hesab oluna bilər. Bu iki məhsulun bir yerdə istifadəsi isə bağırsağın peristaltikasını normallaşdırır. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, ən yaxşı çıxış yolu zeytun yağı və limon suyu qarışımı ola bilər. 

 

Xolesterolu kontrol edir

 

Zeytun yağının tərkibində olan yağlar qandakı lipid səviyyəsini normallaşdırır. Limon da tərkibində ola C vitamini və flavonoidlər sayəsində eyni işləri görür. Bütün bunlar qanda olan triqliserid və zərərli xolesterol səviyyəsini azaldır. Beləliklə də ürək və damar sağlamlığının qorunmasına komək edir.

 

Necə istifadə edilməlidir? 

 

Zeytun yağı və limon şirəsi qarışımını faydalıdır deyə həddən artıq istifadə etmək olmaz. Qarışımı yaxşı olardı ki, salatlara və yeməklərinizə 1 yemək qaşığı əlavə edəsiniz. 


Qeyd: zeytun və limon suyu qarışımını qətiyyən içmək olmaz. 


Arzu

Medicina.az