Saçınız tökülür? - Bu maskadan istifadə edin

  • 2018.04.30 13:36
  • 16481 Baxış
Saçınız tökülür? -  Bu maskadan istifadə edin
Saç tökülməsi əksər qadının yaşadığı problemdir. 

 

Medicina.az axşam.az-a istinadən saç tökülməsinə qarşı istifadəsi olduqca rahat olan qarışımı təqdim edir:


Lazım olan preparatlar:


Askorbin turşusu və B12 vitamini (hər ikisi ampula şəklində).


Saçınız uzundursa, 3 ampula askorbin turşusu və 3 ampula B12 vitaminini bir qabın içərisinə töküb qarışdırın. Saçınız qısadırsa, hərəsindən 2 ampula da istifadə edə bilərsiz. Çalışın elə olsun ki, həm saç diblərinizə kifayət etsin, həm də bütün saçınızın uzunluğuna bəs etsin.

Arada 3 gün fasilə ilə 5 dəfə bu qarışığı saçınıza çəkin. Yadda saxlayın ki, saçı həmin gün yumaq olmaz. Vitaminin saça tam olaraq hopması üçün saçı yumaq lazım deyil. Saçdan nə iy gəlməyəcək, nə də saç yağlanmayacaq.


Unutmayın ki, saçınıza maska edərkən başınızı nə qədər isti bağlasanız maskanın təsiri bir o qədər çox olacaq. Təxminən 1 aya saç tökülməniz xeyli (70%) azalacaq.