Saçınız tez ağarırsa... - SƏBƏBLƏR

  • 2018.03.23 10:40
  • 14995 Baxış
Saçınız tez ağarırsa... -  SƏBƏBLƏR
Həkimlər hesab edirlər ki 25-30 yaşda saç ağarması normal hal deyil. Doğrudur, burada genetikanın, milli mənsubiyyətin də rolu var. Məsələn, neqroidlərin saçı avropoid və monqoloidlərə nisbətən 10 il gec ağarır.


Əgər saçlarınızın vaxtından kifayət qədər tez və sürətlə ağarmağa başlayırsa, bunun səbəbini araşdırmaqda fayda var. Vaxtından tez saç ağarmasının saçların aşağıdakı səbəbləri ola bilər.


Stress


Adətən stressdə olanda qana adrenalin dolur. Bu hormon melaninlə saçın zülal tərkibini sıradan çıxarır. Saçların follikulları kifatər qədər qidalanmadığı üçün də ağarmağa başlayır. Lakin bu durumda çox vaxt gənc orqanizm özünü bərpa edir.


Bədənin həddən çox zəifləyəndə


Bu problem çox vaxt yenicə ana olub, körpəsini əmizdirən analarda olur. Uşaq ananın bədənindəki vitaminləri, mikroelemektləri alır. Beləcə dırnaq və saç zəifləməyə başlayır. Bu halda da saç ağara bilər.


Dəmir çatışmazlığı -  anemiya


Bu durum balanssız qidalanmaya səbəb ola bilər. Əsasən doğum zamanı çoxlu qan itirən qadınlarda müşahidə edilir və saç ağarmasını sürətləndirir. Dəhniz məhsulları, B12 vitamini, göbələk kimi qidalar bunun qarşısını ala bilər.


Hormonal pozğunluq


Erkən saç ağarmasının başlıca səbəbi hormonal pozğunluq da səbəb ola bilər, Bu durumda mütləq endokrinoloqa müracət etmək lazımdır./publika.az