Sabah özünüzü pis hiss edə bilərsiniz

  • 2018.07.25 14:50
  • 10122 Baxış
Sabah özünüzü pis hiss edə bilərsiniz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti meteohəssas insanlara xəbərdarlıq edib.


Qurumdan Medicina.az-a verilən xəbər görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

İyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda bəzi saatlarda rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.