Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - Araşdırma başladı

  • 2019.03.15 11:27
  • 8882 Baxış
Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı -  Araşdırma başladı
 

Ötən gün "OBA” marketlər şəbəkəsində üzərində sabahın tarixi - 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.


Həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.


Medicina.az xəbər verir ki, bu barədə yumurtanı alan şəxs məlumat verib: "Yumurta artıq satışdadır, amma toyuq sabah yumurtlayacaq".


Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmaya başlanılıb:


"Üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.