- Beyində baş verənlər sizi də təəccübləndirəcəkSağ yumruğunuzu sıxın, 90 saniyə saxlayın

  • 2018.12.25 12:56
  • 27539 Baxış
- Beyində baş verənlər sizi də təəccübləndirəcək Sağ yumruğunuzu sıxın, 90 saniyə saxlayın

Alimlər yumruğu sıxan zaman beyində nə baş verdiyinə dair araşdırma aparıblar.


Medicina.az xəbər verir ki, araşdırmaya 50 tələbə cəlb olunub. Məlum olub ki, sol yumruq informasiyanın yaddaşa yazılmasında, sağ yumruq isə informasiyanın xatırlanmasında rol oynayır. 


Beləliklə: 


-Sağ əlini istifadə edən 50 tələbəyə əzbərləmələri üçün bir söz siyahısı verilib.


-Tələbələr beş qrupa ayrılıblar.


-Birinci qrup əzbərə başlamazdan əvvəl 90 saniyə sağ yumruğunu, kəlmələri xatırlamadan əvvəl də 90 saniyə sol yumruğunu sıxıb.


-İkinci qrup isə eyni hərəkəti sol yumruğunu  sıxaraq edib. 


-Digər iki qrup isə əzbərdən əvvəl istədikləri yumruqlarını, xatırlamadan əvvəl də digər yumruqlarını sıxıblar.


-Son qrupdakılar isə yumruqlarını sıxmayıblar.


-Sözləri əzbərləmədən əvvəl sol yumruğunu, xatırlamadan əvvəl də sağ yumruğunu sıxan qrupun nəticələri diğər qruplardan daha yaxşı olub. 


Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalarda sağ yumruğun sıxılması ilə beynin sol yarısının, sol yumruğun sıxılması ilə də sağ yarısının hərəkətə geçdiyi məlum olmuşdu. 


Bu hərəkətin duyğularla olan əlaqəsi də üzə çıxmışdı. Məsələn: sağ yumruğun xoşbəxtlik və əsəb ilə, sol yumruğun isə kədər və narahatlıq ilə əlaqəli olması diqqət çəkmişdi. 


Arzu

Medicina.az