BölmələrRU
Xidmətlər
 

Sağ əllə sol əlin fərqi, əllər ilə özünü müalicə- Əlindəki enerjinin sirri

İnsan əllərinin mərkəzi – ovuclar ürək mərkəzindən gələn enerji axınını balanslaşdırır. Ona görə də bir işə ürəklə başlayanda belə deyirlər: əllərini ovuşdurub, ürəklə işə girişdi.

Medicina.az xəbər verir ki, ümuimiyyətlə, müəyyən işləri başlayanda, xüsusən müalicə seanslarında əllərin energetikasını aktivləşdirmək üçün ovucları bir-birinə sürtmək lazımdır.
Kimdəsə əllər istidir, kimdəsə soyuq. Bəzən əllərin isti-soyuqluğuna görə o insanın xarakterini bilirlər, bəzənsə ürəyinin sağlam, yoxsa xəstə olduğunu.
Elə adam var, ovuclarının içi çox həssasdır, eləsi var hissiyatsız.

Sağ əllə sol əlin mənası, missiyası və energetikası da müxtəlifdir:
Sağ əl verir, ötürür, yəni vermək kanalını simvolizə edir.
Sol əl – alan, qəbul edən əldir.

Əgər sağ əliniz daha isti, enerjili, hissiyatlı, səliqəli, zədəsizdirsə, deməli siz nələrisə almaqda mahirsiz, nəsə sizə çox gəlir, heç nədən imtina etmirsiz. 
Əksinə sol əldə hissiyat yoxdursa, tez-tez nəsə olursa, o zaman siz paylaşmaq, vermək və xeyirxah işlərdən uzaqsız.
Belə bir disbalans insanın həyatına, sağlamlığına da mənfi təsir edir. Hər iki əlin energetikası dövr etməlidir. Ona görə deyirlər ki, sol əlin verdiyini sağ əl bilməməlidir.
 
 

Amma əllərin energetik nöqtələri barmaqların ucudur. Əgər barmaqların uclarında olan enerjini düzgün istiqamətləndirə bilsəz, həyatda və işlərinizdə çox uğurlara imza ata bilərsiz.
Məsələn, bədəninizdə, başınızda ağrıyan nahiyəyə, yaxşı olar ki, ağrı nöqtəsinə ovuc və barmaqlarınızı qoyaraq, şüuraltı olaraq ora enerji və sağalma fikirləri göndərin.
Ilk baxışdan, primitiv görünə bilər, amma sınayın, özünüz görəcəksiz.
Bu üsulla qədimdə təbiblər, az çox şəfa qabiliyyəti olan insanlar yaxınlarını, heyvanları, bitkiləri müalicə edirdilər.

Əllərin energetikası bədənə və orqanizmə nə cür təsir edə bilər:

-Qan dövranını yaxşılaşdıra bilər
-Stressin səviyyəsini azalda bilər
-Yorğunluğu götürər
-Hormonları bir az qaydaya sala bilər
-Orqanizmin energetik dairəsini tənzimləyə bilər

Əllərlə müalicə üçün metod:

-Əllər yaxşıya yuyulur, sabun, yuyucu vasitə vurulmur. Duzla sürtə bilərsiz.
-Ovuclar istilik yaranana kimi sürtülür
-Barmaqların hər biri ayrıca masaj olunur

-Rahat oturub və ya uzanıb barmaqların ucunu əvvəlcə ağrıyan nöqtədən 2 sm yuxarıda tutub, 3-5 dəqiqə saxlayırsız. Əgər bu sizə yüngüllük, rahatlıq gətirsə, deməli düzgün yoldasız. Ağrı olan hissə pulsasiya edirsə, deməli, enerjiniz təsir edir və bədən qarşılıq verir.
-Bu metodu yaxınlarınıza da edə bilərsiz.

-Amma bir günə, bir dəfədən müalicə, effekt gözləməyin. Bu iş uzun müddət, səbr tələb edir.

-Çalışın hər seansda, xüsusən başqalarına çox enerji xərcləməyəsiz, əgər itirilən enerjini bərpa edə bilmirsizsə. Enerjini bərpa etmək üçünsə duş qəbul etməli, meyvə yeməli, meditasiya etməli, ən azı bir günlük susmaq günü elan etmək lazımdır. Insan bir gün az danışsa, ya demək olar, heç danışmasa, xeyli enerji yığmış olur.