Rusiyanın məşhur uşaq cərrahı məzuniyyətə çıxıb, ucqar kəndlərdəki uşaqları müayinəyə gedir – Həkimdən ibrətamiz addım

  • 2018.09.01 15:42
  • 7595 Baxış
Rusiyanın məşhur uşaq cərrahı məzuniyyətə çıxıb, ucqar kəndlərdəki uşaqları müayinəyə gedir –  Həkimdən ibrətamiz addım

Novosibirsk Uşaq xəstəxanasının cərrahı, Rusiyanın məşhur həkimi Mixail Kolıbelkin hər il məzuniyyət götürərək, 1 ay ərzində Risiyanın ucqar vilayət və dağ kəndlərinə gedərək, təmənnasız uşaqları müayinə edir.

 

Medicina.az xəbər verir ki, ona bu işdə Minsk və İrkutskdan olan kolleqaları da qoşulub. Əgər müalicəyə və əməliyyata ehtiyacı olan uşaq olarsa, o uşağı özü lə xəstənaya gətirib, xeyriyyə aksiyası vasitəsilə müalicə etdirir. 


" Biz müəyyən göstəricilərə əsasən hansı uşağın təcili əməliyyata ehtiyacı olduğunu təyin edirik. Eləsi də var ki, məsləhətlər veririk, gələcəyə əməliyyat planlaya bilər. Ortodontik müalicə yazırıq. Sonra uşaqlar işlədiyim xəstəxanaya gəlir” – deyə Mixail bildirib. 


O, bu il 100 pasiyentə baxıb, onlardan 10 nəfərinə təcili əməliyyat lazım idi. 


1987-ci ildən uşaq xəstəxanasında çalışan cərrahın oğlu da həkimdir. Onlar il ərzində müntəzəm olaraq Rusiyanın şəhərlərini gəzib, uşaqları pulsuz müayibə və müalicə edirlər. 


2018-ci ildə Mixail Kolıbelkin Novosibit vilayətinin ən yaxşı həkimi seçilib.