Rusiyanın ən gözəl qızlarından biri Nastya - 2 yaşından şəkər xəstəsidir

  • 2017.11.16 16:15
  • 16526 Baxış
Rusiyanın ən gözəl qızlarından biri Nastya -  2 yaşından şəkər xəstəsidir
Dəfələrlə gözəllik yarışmalarının qalibi seçilmiş 26 yaşlı Nastya Belskaya 2 yaşından diabet xəstəsidir. Lakin o, öz xəstəliyini sevir, bununla barışıb və diabet ona gözəl, sağlam və uğurlu olmasına mane olmur.


Medicina.az xəbər verir ki, Nastya diabet haqqında "o mənim həyatımdır” deyir. O, "Moy diabet” klubunun fəal üzvlərindəndir.


"Diabet mənim həyatımdır. Burda əsas amil qanda qlükozanın səviyyəsini normada saxlamaqdır. Mən lantus və apidru insulunindən istifadə edirəm. Diabetdə amerikan yanaşmasının əleyhinəyəm. Bizim həkimlərin ənənəvi müalicə metodlarından istifadə edirəm: gündəlik eyni doza, eyni miqdar insulin. Bu, mənə özümü normada saxlamağa kömək edir. 2il əvvəl kiçik xeyriyyə fondu yaratdım, hələ ki, uşaq evlərindəki şəkərli xəstələrin müalicəsi ilə məşğul oluruq. Şəkərli diabet uşaqlar və yeniyetmələrlə çox ünsiyyətdə oluram və hamıya məsləhətlərlə kömək olmağa çalışıram”, - deyə model bildirib.


Картинки по запросу настя бельская

Картинки по запросу настя бельская