BölmələrRU
Xidmətlər
 

Ürəyin İşemik Xəstəliyi – Ürək-damar stenokardiya

Oxuculara təqdim olunan daha bir yeni tibbi və müalicəvi əhəmiyyətli  kitabda insan ölümünə səbəb olan xəstəliklər üzrə birinci yerdə duran ürək-damar problemləri, xəstəlikləri və müalicə yolları barədə ətraflı, faydalı məlumatlar toplanıb. 

Rusiyanın məşhur sağlamlıq verilişinin aparıcısı, həkim, kardioloq, professor Elena Malışevanın müəllifi olduğu bu kitabda  ürəyin işemik xəstəlikləri - stenokardiya, aritmiya, miokard infarktı üzrə risk qrupunda olan insanlar və xəstələrə gərəkli olan pəhriz, fizioterapiya, relaksasiya metodları toplanıb.
Ürəyini qorumaq istəyən və ya artıq işemik xəstəliklərlə mübarizə aparan insanlar bu kitabdan ən effektli, etibarlı xalq təbabəti reseptlərini öyrənəcək, praktiki tövsiyələr oxuyacaq, daha sağlam olmaq üçün məşğələlər əldə edəcək.

Əgər bunları tətbiq etməyə başlasanız, bu bəlanı törədən amillərdən sığortalana, infarkta tutulmaya və ya infarkt artıq keçirilibsə, tezliklə bərpa ola biləcəksiz. 
Kitabın "Ürək çatışmazlığı dövründə dieta” bölməsindən kiçik bir hissəni təqdim edirik: "Bu xəstələrdə südlə müalicə üsulu tətbiq olunur. Xəstəyə hər gün 3-4 stəkan süd verilir. Süd sidikqovucu təsirə malik olduğuna görə, ödemlə müşayiət olunan ağır ürək xəstələrinə verilir. Süd xəstəyə pis təsir edirsə, onu 1 litr meyvə şirəsi ilə əvəz etmək olar”. 

"Qanun” Nəşriyyatının çap etdiyi kitabın tərcüməçisi Məhəmməd Nəsirov, redaktoru Zahir Məliklidir.
 
Bu maraqlı və lazımlı kitabı   əldə etmək üçün Qanun Nəşriyyatı və redaksiyamızla əlaqə saxlaya bilərsiniz. Bizdə kitabların ünvana çatdırılması xidməti də göstərilir.