Ürəyi möhkəmləndirən yemişan çayı - TÜRKƏÇARƏ

  • 2018.11.17 00:08
  • 15853 Baxış
Ürəyi möhkəmləndirən yemişan çayı -  TÜRKƏÇARƏ
Yemişan qədim zamanlardan ürək xəstəliklərinin müalicəsində istifadə olunur. 


Yemişandan hazırlanmış çay ürəyin sağlamlığını bərpa edir.


BakuPost saglamolun.az-a istinadən yemişan çayının reseptini təqdim edir:


Kiçik termosa 2 x.q. yemişan meyvəsini, üzərinə yarım litr qaynar su tökün, axşamdan səhərə qədər saxlayın, səhər dəmləməni süzün və gün ərzində 3 dəfə adi çay kimi için.


Yemişan çayının faydaları:


- damarları genişləndirir


- beyin qan dövranını yaxşılaşdırır


- ürək ritmini tənzimləyir


- damarların divarlarını möhkəmləndirir


- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır


- sakitləşdirir


- yuxusuzluq zamanı kömək edir.