BölmələrRU
Xidmətlər
 

Rəsədxana əhaliyə xəbərdarlıq etdi - Bir neçə gün bu yemək və qurğulardan uzaq olun

Geomaqnit sahə son 24 saat ərzində müsbət qütblülüyə malik CH HSS effektindən əvvəl CIR-in Yerə çatması səbəbindən G1 (Minor) qasırğa səviyyəsinə çatıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Medicina.az-a verilən məlumata görə, G1 qasırğa səviyyəsi əsasən noyabrın 4-də müşahidə edilib. Günəş aktivliyinin növbəti 5-7 noyabr tarixlərində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

Proqnoz dövründə ilk gün (5 noyabr) geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor - Moderate) səviyyəsinə qədər qalxacaq. Növbəti gün (6 noyabr) bu qasırğa səviyyəsinin davam edəcəyi, 7 noyabr tarixində isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin sonuncu proqnoz günü də (7 noyabr) fasilərlə həyəcanlanmaların olacağı istisna edilmir.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyat meydana gətirə bilər:

"Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır".