Rəşad Mahmudov: “Son illər ərzində 500-dən çox ürək xəstəsi ölkəmizdə əməliyyat olunub”

  • 2017.11.22 16:48
  • 15905 Baxış
Rəşad Mahmudov:  “Son illər ərzində 500-dən çox ürək xəstəsi ölkəmizdə əməliyyat olunub”
"Səhiyyənin inkişafı üçün xüsusi dövlət proqramının hazırlanmasına ehtiyac var. Azərbaycan səhiyyə işçilərinin və maliyyəçilərinin birgə əməyi nəticəsində səhiyyə sahəsindəki problemləri həll etmək olar".


Medicina.az xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov Milli Məclisdə çıxışı zamanı deyib.


Millət vəkili bildirib ki, perspektivdən danışmaq üçün keçmişlə bağlı dəyərləndirməni düzgün aparmaq vacibdir:


"2000-ci ildən əvvəl xroniki böyürək xəstəliyindən əziyyət çəkənlər bölgələrdən Bakıya gərlirdisə, xəstəxanalarda çarpayılar azlıq edirdisə, bu gün problemlər demək olar ki, həll edilib. Şəxsən öz təcrübəmdən deyə bilərəm ki, son illər ərzində 500-dən çox ürək xəstəsi ölkəmizdə əməliyyat edilib”.


Millət vəkili bildirib ki, uğurlarla yanaşı, həll edilməmiş problemlər də var:


"Maliyyə siyasəti bütün dövlətlərin qarşıya qoyduğu siyasəti həyata keçirməyə imkan verir. Səhiyyədə düzgün maliyyə siyasətinin qurulması, tədbirlərin effektiv təmin edilməsinə ehtiyac var. Bununla bağlı bir çox dövlət qurumlarının birgə işləməsi mütləqdir. Səhiyyə və təhsil ölkəmizin ən ümdə məsələlərdəndir.

 


Növbəti onilliklər üçün konsepsiayalar hazırlanmalıdır. Bu konsepsiya, dövlət proqramlarının hazırlanması təcili tibbi yardımın təşkili, əhalinin pulsuz dərman vasitələri ilə təminatı, səhiyyədə informasiya texnologiyalarının tətbiqi üçün daha yüksək imkan yaradacaq”.
Rəşad Mahmudov:  “Son illər ərzində 500-dən çox ürək xəstəsi ölkəmizdə əməliyyat olunub”