BölmələrRU
Xidmətlər
 

Ürək öskürəyi – Həkimlərin də səhv sala biləcəyi simptom

Öskürəyi çoxunuz ağciyər, boğazla əlaqələndirirsiz. Ona görə rentgen çəkdirib, terapevt yanına gedirsiz. Amma ciyərlər təmiz, boğaz rahat, öskürək isə gecə-gündüz ara vermir. O zaman " ürək öskürəyindən” şübhələnmək lazımdır.

Medicina.az son zamanlar geniş yayılmış bu simptomların vaxtında aşkara çıxarılması yollarını araşdırıb.

Ürək – damar xəstəliklərində öskürək kiçik qan dövranı sisteminin həddən artıq yüklənməsi səbəbindən baş verir, daha çox sol mədəcik yetməzliyində özünü göstərir. 

Ağciyərlərə qan normal miqdarda daxil olur, amma onun qovulması zəif olur, damarla dolur, ağırlıq edir,ağciyərdə yuxarı doğru təzyiq artır, bu da spazma verir. Qazların dövranı pozulur, tənəffüs sanki çətinləşir, reflektor öskürək yaradır. 

Ürəkdən qaynaqlanan öskürəyi təyin etməyin yolları:

-Əvvəlcə öskürək tutmaları müəyyən hərəkət və vaxtlarda baş verir: məsələn uzanılı vəziyyətdə. 
-Daha sonra öskürək intensivləşərək, quru olur
-Ağır ürək çatışmazlığında isə öskürək zamanı qan gələ bilər. 
-Öskürək təkcə bəlli yaşlarda deyil, uşaqlarda da ola bilər. Daha çox anadangəlmə ürək qüsurlu uşaqlarda rast gəlinir
-Kardioloqlar bu ürək xəstəliklərində quru və intensiv öskürək ola biləcəyini bildirir: kardiomiopatiya, miokardit, perikardit, klapan çatışmazlığı, ürəyin işemik xəstəliyi, damarların sterosklerozu, yüksək təzyiq, ağciyər hipertenziya, kardioskleroz. 

Amma heç öckürməyən insanda qəfildən quru, intensiv öskürəyin başlaması xəstənin infarkt olmasını və ya infartka yaxınlaşdığını da göstərə bilər.

Ürək öskürəyini çox vaxt soyuqdəymə və allergiya ilə səhv salırlar. Ona görə diaqnoz və müalicə taktikası da yanlış ola bilər. Yalnız peşəkar həkim bunu ayırd edir.

Amma onu nəzərə alın ki, ürək öskürəyi quru olur, ağciyərlərdən bəlğəm gəlmir. Bu öskürək xronikləşir, pasiyenti daim narahat edir. Öskürək dərmanları bu halda mənasızdır. 

Əgər sizdə öskürəklə yanaşı sinədə yanğı, başgicəllənmə, tənəffüs çətinliyi, bədəndə damarlar genişlənmiş və göyərmişdirsə, uzanan halda, yatanda öskürək daha da şiddətlənirsə, yuxudan quru öskürəklə ayılırsızsa, o zaman siz kardioloqa görünməlisiz.
 

Diaqnostika üçün:

Pulmonoloq və kardioloq qəbulunda həm ağciyərlərin vəziyyəti, həm də ürək yoxlanılır. EKQ, EXO, koronoqrafiya, ağciyərlərin rentgeni təyin olunur.
Çox zaman ürək öskürəyi zamanla tənəffüs sistemini də zədələyir. Belə adamlar tez-tez qrip olur, infeksiyalara yoluxur, ağciyərlərin arveolları düzgün çalışmır, təngnəfəslik başlayır. 

Ürəklə bağlı öskürək təyin olunarsa, ürəyin və qan damar sisteminin müalicəsinə başlanılır.

Xəstə qida və iş rejimini dəyişməli, lazımi mikroelement və vitaminlər qəbul etməli, siqaretdən, alkoqoldan imtina etməlidir. Açıq havada çox olmalı, yüngül fiziki hərəkətlər etməlidir. 

Ağciyərləriniz və xroniki öskürəklə bağlı Bioloji Təbabət klinikasının pulmonoloq həkimi Elaza Mikayılzadə tərəfindən dəqiq diaqnoz və müalicə oluna bilərsiniz.




Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında

•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89