Xərçəng xəstələri üçün menyu - İSRAİL METODU

  • 2019.05.01 17:46
  • 36216 Baxış
Xərçəng xəstələri üçün menyu  -  İSRAİL METODU

Xərçəngin növündən, dərəcəsindən asılı olmayaraq, diaqnoz qoyulan kimi bir çox həkimlər ciddi tələb etməsə də, xəstənin qidalanma menyusu, rejimi dəyişməlidir. 


Onkoloji xəstələr necə qidalanmalı, nə qədər yeməli, hansı ərzaqları, meyvələri, tərəvəzləri qəbul etməli, nədən imtina etməlidir?


Medicina.az oxucuların xahişi ilə İsrail klinikalarında həkimlərin onkoloji xəstələr üçün təyin etdiyi qidalanma menyusunu təqdim edir


Səhər acqarına bir stəkan limonlu su. Su otaq temperaturunda olmalıdır.


Səhər saat 6-7, eləcə də axşam 20:00-dan sonra qəhvə içmək olmaz. 


Yüngül səhər yeməyi – kəsmik, qarabaşaq sıyığı, giləmeyvələr, bitki çayı, 2 portağal və 1 limonun şirəsi

 

Saat 11-12 arası:  Alma şirəsi, tərəvəz şorbası, yüngül meyvə saları, 1 yumurta. Çovdar çörəyi


Saat 1-4 arası yemək məsləhət deyil. Çox acıdıqda, yalnız meyvə salatı.


Saat 16:00-  suda bişmiş balıq və ya mal əti, çiy tərəvəzlərdən salat, yoqurt


Saat 19:00-20: 00 – süd məhsulları – qatıq, kefir, ayran, bitki yağında (zeytun) tərəvəz salatı, qoz, suda  bişmiş balıq və ya çolpa.

Axşam 21:00-dan sonra heç bir şey yeyilmir, içilmir. Qaraciyər orqanizmin təmizlənməsi üçün çalışır, yükləmək olmaz.

Saat 22:00-dan səhərə kimi dərin yuxu.


Həftəlik qidalanmada bu ərzaqlar olmalıdır:


Kətan toxumları – üyüdüb salatlara, sıyıqlara əlavə edib yemək. Kisel bişirib tez-tez içmək

Çuğundur – köklə birgə şirəsi, salatı, bişmişi, çiyi

Reyhan- iştahı artırır


Brokkoli – dəmirlə zəngindir. Kimyaterapiyadan sonra halsızlıq, əzginlik, qanın göstəricilərinin aşağı düşməsinə qarşıdır

Qırmızı çili istiotu – orqanizmi təmizləyir

Pomidor – antioksidantdır


Avokado – hər gün yeyilməlidir

Küncüt toxumları və yağı – kalsiumla zəngindir

Balqabaq və tumları – immuniteti gücləndirir

Soğan –sarımsaq – hər gün yeyilməlidir


Zəncəfil, sarıkök –təbii antibiotikdir

İspanaq – qanı qidalandırır

Ərik və qurusu 


Nar, vişnə, əncir, çiyələk, kokos

Qara gavalı – mədə -bağırsaq üçün

Zəfəran – qanı bərpa edir


Hər gün minimum 500 qram  təzə meyvə və tərəvəz müxtəlif variantlarda qəbul olunmalıdır.

Zeytun yağı yalnız soyuq halda, yəni qızdırılmadan, salatlara qatılaraq yeyilməlidir.

Çaylar:  limon, nanə, darçın, çobanyastığı, şüyüd, itburnu.

Şəkər, qənd olmaz, yalnız bal yeyilməlidir. Gündə 50 qramdan çox bal olmaz. 

 

 

 

Xərçəng xəstələri üçün menyu  -  İSRAİL METODU