Soyuducuda iki gündən çox saxlanan çiy əti yeməyin - ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ

  • 2019.04.30 10:49
  • 37261 Baxış
Soyuducuda iki gündən çox saxlanan çiy əti yeməyin -  ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ
 


Son zamanlar paytaxt və bölgələrdə qida zəhərlənmələrinin sayı artıb. Səbəb nədir? 


"Səbəb isə daha çox havaların isti keçməsi ilə əlaqədar açıqda 2 saatdan artıq qalan qidalar üzərində bakteriyaların sürətlə artması və həmin bakteriyaların qidaya ifraz etdikləri zəhərlərdir (ekzotoksinler)." 


Bu sözləri medicina.az saytına açıqlamasında həkim-terapevt Tural Qəmbərov deyib. 


Həkimin sözlərinə görə qida zəhərlənmələri  daha çox yayda müşahidə olunur. 

 

"Yuyulmamış meyvələrin, yaxşı təmizlənməmiş göyərti və tərəvəzlərdən hazırlanmış salatlar qida zəhərlənmələri hallarını artırır. Xususi ile uşaqların həssas olduğu bu hallarda diqqət edilməlidir. Mədə turşunun özü qidaların tərkibindəki bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Lakin təzə qidaların, yəni yuyulmamış meyvə və ya təzə tərəvəzlərdən hazırlanmış salatlardan sonra su qəbulu mədə turşunu durulaşdırdığı üçün mədənin bakteriyalarla mübarizəsini aşağı salır. Bu halda həmin bakteriyaların uşaqlarda bağırsaqlara keçərək enterit dediyimiz bağırsaq iltihabına səbəb olur.”


Həkim-terapevt deyir ki, Butun bu hallardan qorunmaq üçün qidaların saxlanma şəraitinə və təmizliyinə riayət olunmalıdır.


"Açıqda 2 saatdan artıq qalmış qidalar belə aylarda zəhərlənmə ehtimalını artırır. Bundan əlavə təzə tərəvəz və göyərtidən hazırlanmış salatların üzərindən dərhal su içməyə tələsməyin. Zəhərlənmə əlamətləri ilk növbədə ürəkbulanma hissi, qusma, ishal ilə özünü göstərir. Qusma və ishal hesabına orqanizm öz daxili mayesinin itirdiyi üçün belə insanlar dahada halsizlaşır. Zeherlenmeni hiss etdiyiniz andan həkimə müraciət etməyinizi tövsiyyə edirəm”.


Qida zəhərlənmələri adətən biraz maye köməyi ilə və bəsit müalicə üsulları ilə keçib gedir. Orqanizmdəki toksinlər bədəndən tamamilə çıxana kimi zəhərələnmə davam edir. 


Qida zəhərlənmələrinin ilkin əlamətləri:


Halsızlıq, yorğunluq, tərləmə baş gicəllənməsi, bədəndə temperaturun yüksəlməsi qida zəhərlənməsinin simptomlarıdır. Daha sonra qusma və ishal da biruzə verir. Adətən iki gün davam edir. Vaxtında müalicə tədbirləri görülmədikdə bir həftəyə qədər davam edə bilər. Bu da Salmonella bakteriyası nəticəsində olur. Bu zaman mütləq həkimə müraciət olunmalıdır.


Nə vaxt həkimə müraciət olunmalıdır?


• İshal 3 gündən çox davam edərsə


• 38,5 C°-dən yuxarı temperatur varsa 


• Görmə zəifliyi və görmədə çətinlik yaşanırsa


• Ağızda quruluq, tez-tez sidiyə getmə, hətta qanlı sidik olanda



Qida zəhərlənmələrindən necə qorunaq?


• Xörək bişirməzdən əvvəl əllərinizi təmiz yuyun.


• Tez xarab olan qidaları mağazadan alandan sonra iki saat ərzində soyuducuya qoyun.


• Soyuducunun buzluq hissəsində 1 və ya iki gündən çox qalan çiy ət, toyuq və ya balığı bişirməyin


• Qida qəbulunda mütləq son istifadə tarixinə diqqət edin.


• Konservləşdirilmiş qidaları alarkən qablarına fikir verin. Deşilmiş və yaxud şişmiş olanlardan uzaq durun.


• Yeməkdən fərqli və yaxud xoşagəlməz iy gələrsə onu yeməyin. 

 

 

Ayna Məmmədova
Soyuducuda iki gündən çox saxlanan çiy əti yeməyin -  ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ
Soyuducuda iki gündən çox saxlanan çiy əti yeməyin -  ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ