Quruyub çatlayan dirsəkləri yumşaltmaq üçün UCUZ VASİTƏ

  • 2017.12.28 19:30
  • 17419 Baxış
Quruyub çatlayan dirsəkləri yumşaltmaq üçün  UCUZ VASİTƏ
Havalar soyuduqca qalın dəriyə sahib dirsəklərimiz tamamilə quruyur və çat-çat olur. Bəs quruyan və çatlayan dirsəklərə nə etmək lazımdır?

 

Medicina.az ailem.az-a istinadən sizə bununla bağlı faydalı məsləhətlər verir:


Vazelin 


 

Vazelin quru və qaşıntılı dirsəklərə fayda verən möcüzəvi bir vasitədir. Tərkibində xam neftdən istehsal olunan rəngsiz mineral var. Güclü nəmləndirici özəlliyi ilə quruyan dərini yumşaltmağa və quruluğunu aparmağa yardımçı olacaq.


Bunun üçün hər gün yatmazdan qabaq dirsəklərinizi ilıq su ilə yuyun və qurudun. Dərisi yumşalan dirsəklərinizə vazelindən az miqdar vurun. Bu prosesi bir neçə gün təkrarlayın.


Kakos yağı


Tərkibində olan E vitamini dəridəki quruluğu azaltmaqla bərabər tünd və zədəli dərini normallaşdırır.


Necə tətbiq etməli?


Bir mikrodalğada isidəcəyiniz kakos yağını dirsəklərinizə yüngül hərəkətlə masaj edərək vurun. Beləliklə, yağ dərinizin dərinliklərinə nüfuz edəcək. Bu prosesi hər gün duşdann sonra yatmazdan qabaq təkrarlayın. Beləliklə, gün ərzində quruyan dirsəkləriniz yumşalmış olacaq. Kakos yağınız yoxdursa, bu müalicəni zeytun yağı, ya da badam yağı ilə edə bilərsiniz.