Quru və çatlamış dirsəklər... - 3 effektiv ÜSUL

  • 2017.12.07 16:57
  • 21134 Baxış
Quru və çatlamış dirsəklər... -  3 effektiv ÜSUL
Qış aylarında dəri qurumağa başlayır. Xüsusilə də qol dirsəkləri daha çox quruyaraq qabıq verir və müəyyən müddətdən sonra rəngi dəyişir.

 

Bəs quru dirsəklər necə yumşaldıla bilər?


Medicina.az quru dirsəklər üçün 3 effektiv üsulu təqdim edir:

 



1 . Vazelin – quru və qaşıntılı dirsəklər üçün çox faydalıdır. Rəngsiz olduğu üçün heç bir maneə törətmir. Minerallarla zəngindir. Vazelin nəmləndirici xüsusiyyəti ilə quruyan dərinizi yumşaltmağa və quruluğu aparmağa yardımçı olacaq.

Hər gün yatmazdan öncə dirsəklərinizi ilıq su ilə yuyun və qurudun. Yumşalmış dirsəklərinizə vazelindən bir qədər çəkin. Bu proseduru bir neçə axşam təkrarlayın.

 


2. Koks yağı – Tərkibində E vitamini dəridəki quruluğu azaltması ilə yanaşı zərər dəymiş hissə üçün də effektivdir. Ərinmiş kokos yağını dirsəklərinizə yüngülcə masaj edərək çəkin. Beləliklə yağ dərinizin dərinliklərinə nüfuz edəcək. Bu proseduru hər gün çimdikdən sonra tətbiq etməlisiniz. Kokos yağı yoxdursa, onu zeytun yağı ilə də əvəz edə bilərsiniz.

 



3. Bal – mükəmməl təbii nəmləndiricidir. Qurumuş dirsəklərinizə çəkəcəyiniz bal dərinin dərinliklərinə nüfuz edərək nəmin dəriyə hopmasına kömək edir.

Bunun üçün balı dirsəyinizdə 20 dəqiqə kimi gözlədin. Sonra ilıq su ilə yuyun. Quru dirsəklərinizi sürətli şəkildə yaxşılaşdırmaq üçün bu müalicəni gündə iki dəfə tətbiq edin.
Quru və çatlamış dirsəklər... -  3 effektiv ÜSUL
Quru və çatlamış dirsəklər... -  3 effektiv ÜSUL
Quru və çatlamış dirsəklər... -  3 effektiv ÜSUL