Quru dərilər üçün nəmləndirici MASKA

  • 2017.11.30 11:11
  • 38057 Baxış
Quru dərilər üçün nəmləndirici  MASKA
Qış aylarında dəri daha çox quruyur. Bu zaman isə üz daha çox gərilərək dartılır. İnsanda isə diskomfort hissi yaranır.

 

Medicina.az xəbər verir ki, üz dərisinə qışda qulluq etmək daha vacibdir. Dəridə nəmlik yaradacaq maska reseptini təqdim edirik:


Lazım olanlar:


 

1 ədəd yumurta


1 çay qaşığı təbii bal


Bir az zeytun yağı

 

Hazırlanması:

 

Uyğun bir kasanın içərisinə yumurtanı qırıb, üstünə bir çay qaşığı balı və bir az zeytun yağını əlavə edin. Dərinizə sürtün və qurumasını gözləyin. Dəridə tamamilə quruduqdan sonra maskanı ilıq su ilə təmizləyə bilərsiniz.

Bal dərinizi nəmləndirəcək, yumurta enerji verəcək. Zeytun yağı isə dərini quruluqdan qoruyacaq.