Qulaq içini pambıq çöplə təmizləmək zərərlidir - Türkiyəli həkimdən açıqlama

  • 2018.08.24 16:27
  • 16046 Baxış
Qulaq içini pambıq çöplə təmizləmək zərərlidir -  Türkiyəli həkimdən açıqlama
Qulaq kanalı kirləndiyi zaman səsin qulaq zərinə çatması çətinləşir. Bu zaman da qulaq tıxanıqlığı, eşitmə azlığı və nadir görülsə də qulaq ağrısı baş verə bilər.

Qulaq qaşıntıları və ya təmizliyi zaman insanlar bəzi vasitələrdən istifadə edirlər ki, onlardan biri də qulaq çöpüdür. Azyaşlılarda da qulaq təmizliyi zaman istifadə edilən qulaq çöpü bir çox fəsadlar törədə bilər.

Medicina.az-ın məlumatına görə, mövzu ilə bağlı Liv Hospital qulaq, burun, boğaz mütəxəssisi Deniz Kaya maraqlı açıqlama verib:

"Əslində, qulaqlar öz-özünü təmizləyir. Kirlənmə prosesi orqanizmdən asılı olaraq kimlərdəsə az və çox baş verə bilər”.

Qulaq təmizləmə üsullarından da bəhs edən həkim, edilən proses zamanı qulağın təbii fəaliyyətinə zərər vurulduğunu bildirib: "İnsanlar qulaqları təmizlədiyi zaman onun özünü təmizləmə mexanizminə zərər vura bilər ki, bu zaman da əksinə olaraq daha çox kirlənmə baş verə bilər”.

Mütəxəssisin sözlərinə görə, eşitmə orqanın çöl qismi təmiz bezlə yuyula bilər. Ancaq qulaq pambığı kimi yad cisimlərdən istifadə doğru deyil. Çox təmizləndiyi zaman isə daha çox kirlənmə ola bilər ki, bu da insanda bəzi narahatlıqlar yaradar.