Qulaq cingiltisi zəlzələdən xəbər verir - İDDİA/VİDEO

Qulaqda yaranan cingiltili səslər zəlzələnin olacağından xəbər verir. Belə bir iddia ilə Şəmkir rayon sakini Elman Mustafayev çıxış edib.
Medicina.az xəzər xəbərə istinadən məlumat verir ki, o, zəlzələnin 1 həftə öncədən baş verəcəyini qulağına gələn cingiltili səslərdən bilir.
Elman Mustafayev iddia edir ki, 30 il ərzində apardığı araşdırma zamanı belə qənaətə gəlib ki, zəlzələ baş verməzdən 5-7 gün əvvəl insan qulağında cingiltili səslər əmələ gəlir. Buna səbəb kimi, zəlzələ ocaqlarından yayılan elektromaqnit dalğalarının yayılmasını göstərir.
Elman Mustafayevin sözlərinə görə, zəlzələnin hansı ölkədə və nə gücdə baş verdiyini dəqiq bilmək mümkündür.Bunun üçün isə onun bir neçə təklifi var.
Bu məsələyə münasibət bildirən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirir ki, belə iddianın heç bir elmi əsası yoxdur.
Onun sözlərinə görə, Azərbaycanda zəlzələ ocaqlarında 35 stansiya, gözləmə rejimində isə 12 stansiya var. Bu stansiyalarda geomaqnit dalağalarını ölçmək üçün Amerikan tipli maqnetometrlər də quraşdırlıb.
Mütəxəssis bildirir ki, bu cür iddialarla quruma müraciət edənlər də çox olur. Ancaq araşdırma zamanı bu iddiaların heç birinin elmi əsasının olmadığı ortaya çıxır.
Digər xəbərlər
-
3 yaşlı balaca qaraciyər əməliyyatına gedərkən – “Cigərimi götürəcəklər”-VİDEODaha ətraflı »
-
“İnsanlar özləri-özlərini xəstələndirir - Təşvişə səbəb yoxdur” - Baş epidemioloq /VİDEODaha ətraflı »
-
Azərbaycanda kök hüceyrə müalicəsi – Yeriyə bilməyən xəstə necə müalicə olundu? - VİDEODaha ətraflı »
-
" Toppuş bacı" 50 kq arıqlayıb, tanınmaz hala düşdü – Aktrisa səhhəti barədə şayiələrə aydınlıq gətirdi - VİDEODaha ətraflı »
-
Burada bütün baş, bel, sinir, damar ağrılarına çarə tapılır - Bakıda ilk Ağrı Mərkəzi - VİDEODaha ətraflı »
-
Apteklərdə satılan ucuz vasitələrlə bədənə qulluq - Məşhur blogerdən VİDEODaha ətraflı »
Copyright © 2017 Bakutibb.az, Bütün hüquqlar qorunur.