Qripin birinci həmləsinə hazırsızmı? – 3 QIZIL MƏSLƏHƏT

  • 2018.10.18 17:37
  • 9320 Baxış
Qripin birinci həmləsinə hazırsızmı? –  3 QIZIL MƏSLƏHƏT
Proqnozlara görə, artıq birinci qrip dalğası adətən payızın ortaları, oktyabrın sonu və noyabrda aktivləşir. 

Hər il dünyada əhalinin 20%-i qripə yoluxur. 


Medicina.az sizi qripin ilk dalğasından qorumağa kömək edəcək 3 məsləhəti təqdim edir.


1.  Qripə qarşı peyvənd vurdurun


Hələ ki, gec deyil, istədiyiniz klinikada qripə qarşı peyvənd oluna bilərsiz. Mütəxəssislərin  uzağı noyabrın 10-na kimi qrip peyvəndinin vurulmasını münasib sayır.


2.Əllərinizi və burnunuzu tez-tez yuyun


Hər gün azı 5-6 dəfə, işdə, dərsdə, hətta uzun müddət yolda olsanız da imkan tapan kimi əllərinizi sabunla yuyun. Özünüzlə xüsusi antibakterial  əl geli gəzdirə bilərsiz. Axşam evə çatan kimi burnunuzu duzlu su, aptekdə satılan dəniz suyu ilə yuyun. Çünki mikroblar əvvəl əllər, sonra burunun selikli qişası ilə orqanizmə düşür


3.Yaxşı qidalanın, açıq havada çox olun, hərəkət edin


Payızda qidalanma rejimi daha effektiv olmalıdır. Immun qaldlrıcı meyvələr, bitkilər qəbul edin, zəif qidalanan insan qripə tez yoluxur.  Daim hərəkət, açıq havada gəzmək isə qripə qarşı dözümlülük yaradır, nəinki qapalı otaqda oturmaq.