"Qrip oteli" tikilir - Burada qalanlara 6000 min manat veriləcək

  • 2018.06.12 10:15
  • 11064 Baxış
"Qrip oteli" tikilir -  Burada qalanlara 6000 min manat veriləcək
ABŞ-da "Qrip oteli" fəaliyyət göstərəcək. 

 

Medicina.az xəbər verir ki,  bu otelin tikilməsində məqsəd qripə qarşı peyvəndin nə qədər təsirli olduğunu araşdırmaqdır. Bu oteldə bilərək və istəyərək qripə yoluxmağa razı olan könüllülər qalacaq.


Burada qalmaq istəyənlər üçün 3500 dollar (təxminən 5950 manat) ödəniş ediləcəyi bildirilir.


Məlumata görə, bu oteldə qalmaq istəyənlər əvvəlcə qripə qarşı peyvənd ediləcək, daha sonra virusa yoluxdurulacaqlar.


Araşdırmanı Missuri ştatının Saint Louis universitetinin alimləri aparacaq. Oteldə qalmaq və yol xərcləri üçün könüllülərə 3500 dollar veriləcək.