Qrip əleyhinə dərmanlar qadağan edilə bilər - İlginc SƏBƏB

  • 2017.11.23 10:40
  • 13336 Baxış
Qrip əleyhinə dərmanlar qadağan edilə bilər -  İlginc SƏBƏB
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yaxın vaxtlarda qrip əleyhinə dərmanların qadağan edilməsi barədə qərar qəbul etməyə hazırlaşır.

 

Medicina.az trend-ə istinadən xəbər verir ki, nazirlik belə bir qərarın verilməsini vacib sayır. Buna səbəb isə son dövrlər qrip əleyhinə həblər atmış xəstələr, xüsusilə uşaqların davranışlarında yaranan qəribəliklərdir. Belə ki, ötən il nazirlik tərəfindən qeydə alınan 54 fakt məlumdur ki, qrip əleyhinə dərmanlar qəbul etmiş xüsusən uşaqlar və yeniyetmələr qəfil həyəcanlanb qaçmağa başlayıblar, pəncərədən tullanmağa cəhd ediblər.

 

Qeyd edək ki, daha öncə "Tamiflu" adlı dərmanla bağlı belə risklərin olması barədə xəbərlər yayılmışdı. Həmin dərmanın Yaponiyada uşaq və yeniyetmələrə istifadəsi məqbul sayılmır.