Qorxulu virus yayıla bilər - Daşıyıcıları isə itlərdir

  • 2018.06.07 12:46
  • 10513 Baxış
Qorxulu virus yayıla bilər -  Daşıyıcıları isə itlərdir
İtlər növbəti qrip virusunun təbii daşıyıcıları ola bilər.

 

Medicina.az xəbər verir ki, amerikalı mütəxəssislər belə qənaətə gəlib.


Çinin cənubunda aparılmış tədqiqatlar zamanı itlərdə müxtəlif qrip virusu genomları müəyyən edilib. Məlum olub ki, həmin itlərdə 2009-cu ildə güclü qrip pandemiyasına səbəb olmuş Çin donuzlarında getmiş proseslər aşkar edilib.


İtlərdə qripin yayılmasının qarşısını almaq üçün mütəxəssislər müəyyən tədbirlərin həyata keçirilməsini zəruri hesab edir. Onların fikrincə, hər il insanın təhlükəli virus qripinə yoluxması riski artır.