- Şərab içməkdən çəkinməyin...Qocalmanı ləngidən ərzaqlar

  • 2018.11.07 16:27
  • 8146 Baxış
 - Şərab içməkdən çəkinməyin... Qocalmanı ləngidən ərzaqlar
Şokoladın, çayın, şərabın və kofenin tərkibinə daxil olan hidroxinonlar sinklə birikdə qocalma prosesini ləngidir. 


Medicina.az xəbər verir ki, Almaniyanın Erlangen-Nürenberq Universitetindən olan alimlər bu nəticəyə gəliblər.


Mütəxəssislərin «Phys.org» portalında dərc olunmuş tədqiqat materiallarında qeyd olunur ki, sink hidroxinon qrupunu fəallaşdırır. Hidroxinonlar isə insan hüceyrələrinin nəfəsalması zamanı orqanizmdə baş verən oksidləşmə prosesinin qarşısını alır və superoksidlər adlanan kənar məhsulların əmələ gəlməsinə mane olur.


Superoksid protein və lipid kimi biomolekulları dağıtmaq qabiliyyətinə malikdir.


Sinklə hidroxinonların birləşməsi prosesində «superoksiddismutaza» adlı kompleks əmələ gəlir. Bu maddə orqanizmi deqradasiyadan qoruyur və antioksidant təsiri göstərir.


Metabolizm nəticəsində superoksid orqanizmi yaralayan prosesləri aradan qaldıra və bununla da qocalma prosesini ləngidə bilir.


Oktyabr ayında amerikalı alimlər bəyan ediblər ki, ketogen pəhriz beyinin qocalmasını ləngidə bilir. O, özünün koqnitiv xüsusiyyəti sayəsində həm də neyrodegenerativ xəstəliklər riskini aşağı salır.


Mirzə AĞ

Medicina.az
 - Şərab içməkdən çəkinməyin... Qocalmanı ləngidən ərzaqlar