Qızıl süd hazırlayın - Damar və limfaları hamarlayır

  • 2018.04.16 15:55
  • 51139 Baxış
Qızıl süd hazırlayın -  Damar və limfaları hamarlayır
Damarların divarını möhkəmləndirib,elastikləşdirən, venoz qan durğunluğunu aradan qaldıran, limfa sistemini qaydaya salan bu resept qanın damarlarda maneəsiz dövranını təmin edib, zamanla zibillənən damarları təmizləyəcək. Sarıkökün elə özü qədər qədim olan bu reseptin adı da özünə layiqdir: Qızıl süd.


Sarıkök, istiot və südün birləşməsi əfsanəvi içkidir. 


Medicina.az xəbər verir ki, bu möcüzə içki oynaq və damarların iltihabını müalicə edir, damarları təmizləyir, beyin və ürək sisteminin sağlamlığını təmin edir. Dahay –hərəkət sisteminin bir çox xəstəliklərində- artroz, bursit, artrit, revmatizma, sümük əriməsi, oynaq ağrılarında effektivdir. Ateroskleroz, tromboz, ürək ritmi pozğunluğu, arterial təzyiqdə içilə bilər. 


İstiotda olan piperin sarıkökün aktiv maddələrinin qana sovrulmasını 2 dəfə artırır. 


Medicina.az Resepti təqdim edir:


4/1 stkan sarıkök – 2/1 çay qaşığı istiot- 2/1 stəkan təmiz su. Hamısı qarışdırılıb, emallı qabda zəif od üzərində qarışdırılmaqla bir az bişirilir. Kütləni bankaya yığıb, soyuducuda saxlayırsız. Hər dəfə lazım olanda südə qatıb içə bilərsiz. 


Südün hazırlanması: 1 fincan badam və ya kokos südünə 1 çay qaşığı rafinə olunmamış təmiz kokos yağı qatıb həll edin. Bura yarım çay qaşığı sarıkök pastasından qatıb, odda isidilir. Qaynamağa imkan verməyin. Otaq hərarətində soyudub, bir çay qaşığı bal əlavə edib için.

 

Gündə 1 dəfə qəbul edin. Bir kurs 15 gün.