BölmələrRU
Xidmətlər
 

QİÇS: yoluxma təhlükəsi, virusla mübarizə, bir ildə 70 ölüm… - Şöbə müdiri danışır

XX əsrin ən təhlükəli xəstəliklərindən biri İİV/QİÇS sayılır. Bəs bu gün Azərbaycanda bu yoluxucu İİV virusu hansı səviyyədə yayılıb, bu virusla mübarizədə hansı uğurlara nail olunub? 

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarovun Medicina.az-a müsahibəsi ndə İİV/QİÇS-lə bağlı mövcud durum və görülən işlərdən danışır:

- Azərbaycan İİV epidemiyasının konsentrasiya mərhələsindədir.

- 2017-ci ilin sonuna qədər  İİV-ə yoluxmuş analar 478 uşaq dünyaya gətirib. QİÇS-lə Mübarizə Mərkəzində 118 uşaq anadan yoluxma faktı üzrə qeydiyyata alınıb.  Son illərdə anadan uşağa yoluxma faktları azalıb.

- İndiyə qədər İİV-ə yoluxmuş 946 nəfər dünyasını dəyişib.

- Bu il nikaha daxil olmaq istəyən 113 nəfərdə İİV aşkarlanıb. Anonimlik arada bir boşluq yaradıb.

- Bina girişləri və parklardakı  şpris iynələrində İİV virusların olması ehtimalı yüksəkdir.

- Heç vaxt kişi və qadın salonlarında yoluxma riskinin olmadığını deyə bilmərik.

- O qadınlar artıq quruyucusuz cinsi əlaqədən imtina edirlər.