Qığırdağı bərpa edən müalicə - Əməliyyatsız və ağrısız/VİDEO

  • 2018.10.09 13:44
  • 24908 Baxış
 Qığırdağı bərpa edən müalicə -  Əməliyyatsız və ağrısız/VİDEO

Günümüzdə diz ağrılarından şikayət edən insanlar artmaqdadır. Yaş artdıqca degenerativ pozğunluqların yaranması daha çox baş verir. Nəticədə el arasında "duzlaşma” kimi tanınan diz artrozu qaçılmaz olur. Diz ağrıları olan insanların  xəstəlik hekayələri demək olar ki, eynidir; ani hərəkət və ya travma zamanı dizdə ağrılar yaranır, həkimə müraciət olunur, ağrını kəsmək məqsədi ilə ağrıkəsici dərmanlar, hormonal dərmanlar və ya xondraprotektorlar təyin olunur, oynağın hərəkətini yaxşılaşdırmaq məqsədi ilə oynaqdaxili iynələr, gellər tətbiq edilir. Bir müddət ağrılar keçsə də və ya da azalmağına baxmayaraq degenerativ dəyişiklik davam edir. Nəticədə qığırdaq zədələnməsi 1-ci dərəcədən 4-cü dərəcəyə kimi irəliləyir, xəstənin yerişi getdikcə pisləşərək tamamən hərəkətsizləşir. Xəstə  əsayla və ya əlil arabası ilə gəzməyə məhkum  olur. Sonda çarə oynaq dəyişmə əməliyyatına qalır. Lakin bu əməliyyatların bahalığı, gedişatının ağır olması və əməliyyatdan sonrakı insanların hələ də axsayaraq gəzməsi və ağrıkəsici qəbul etmələri bir çox xəstələri əməliyyatdan qorxudur. 

Biz isə yeni metod təklif edirik: ağrısız, təhlükəsiz və tez effektli. PROLOTERAPİYA səbəbi müalicə edən tək müalicə növüdür. Proloterapiya zamanı zədələnmiş qığırdaq, bağ aparatı bərpa edilir, oynaq mayesi yenilənir. Nəticədə  oynağın strukturu düzələrək hərəkət bərpa edilir. 

Nə qədər erkən müalicəyə başlasaq, daha çox effekt və  tam sağalma mümkündür. 

 



 

Müalicə zamanı zədələnmiş nahiyəyə  iynə ilə sağaldıcı, bərpaedici məhlul yeridilir, həmin nahiyədə sağalma prosesi aktivləşərək qığırdaq bərpa edilir, diz oynağının bağları güclənir, xəstənin hərəkəti bərpa edilir.  Xəstələr ağrıkəsicilər qəbul etməkdən xilas olurlar.

5 ildən çoxdur Prooterapiya ilə məşğulam və minlərlə insanları bu metodla sağaltmışam. İlk seansdan xəstədə ağrıları azalır, dizini bükə bilməyən xəstələrdə hərəkət yaxşılaşır, növbəti seanslarda xəstə köməksiz yeriyə bilir, pilləkən qalxıb enə bilir. Müalicə seansları tamamlandıqdan sonra rentgen müayinələri müqayisə edilir və qığırdağın bərpası müayinə ilə də  təsdiqlənir. 


İstərdim hər kəs ağrısız hərəkət edə bilsin. Bunun üçün ağrılarınızı gözardı etməyin, vaxtında mütəxəssisə müraciət edin. Proloterapiya əzələ-oynaq xəstəliklərinin ən yaxşı müalicəsi olub, mütəxəssis əlində zərərsizdir. Effektivliyi 90%-dir.

Proloterapiya etdirmədən əməliyyat qərarı almayın. Ağrılarınız varsa bizə müraciət edin.


Təcrübəli həkim, proloterapiya uzmanı


Əlaqə: 0553070776