BölmələrRU
Xidmətlər
 

Qidaları nə qədər saxlaya bilərik? - Xüsusi diqqət yetirməli olduğunuz məqamlar

Bəzən qidaları uzun müddət saxlayırıq və onların vitaminini itirib-itirmədiyi bizə o qədər də maraqlı olmur. Lakin qidaların istifadə müddətinə xüsusi diqqət yetirmək lazımdır. 
 
Medicina.az bəzi qidaların istifadə müddətini təqdim edir:
 
Tərəvəzlər soyuducuda bir həftə saxlanılmalıdır. Uzun müddət qaldıqda tərkibindəki vitaminlər azalır. Meyvələr isə 5-7 gün ərzində yeyilməlidir. 
 
Göyərtilərin istifadəsi 2-3 gündən artıq olmamalıdır.
 
Toyuğun soyuducuda 2 gün ərzində saxlanılması məqsədəuyğundur.
 
Gündəlik süd qutuları açıldıqdan sonra 2 gün, yumurta isə alınan tarixdən etibarən 4-5 gün ərzində istifadə edilməlidir.
 
Pomidoru isə bir həftə saxlamaq olar.
 
Soğan, kartof  cücərməyə başlayana qədər sərin yerdə saxlanıla bilər.