Qıcıqlanmış bağırsaq sindromu – köp, ishal, sancı

  • 2018.02.12 20:20
  • 114778 Baxış
Qıcıqlanmış bağırsaq sindromu –  köp, ishal, sancı
Stresin bəlası xəstəlik - əhalinin 70%də var. 


Azərbaycanda bağırsaq xəstəlikləri içərisində ən çox yayılmış tip Qıcıqlanmış Bağırsaq sindromudur. 20-40 yaşlarında gəncləri əhatə edən xəstəliyin əsas səbəbi sinir, əsəb, stressdir.


Bioloji Təbabət Klinikanın terapevti Sevinc Zeynalova  Medicina.az-a bu xəstəliyin simptomları və müalicəsi barədə danışdı:

"  Qıcıqlanmış bağırsaq sindromunu yaradan səbəblər bunlardır:

-Psixoemosional vəziyyət, stress

-Sanitar-gigiyena, tualet qaydalarının pozulması

-Oturaq həyat tərzi

-Düzgün qidalanmamaq

-Digər xəstəliklər: şəkərli diabet, endokrinoloji xəstəliklər, infeksiyalar və s

-Çox ədviyyatlı, qızarmış, istiotlu qidalar bağırsağa mənfi təsir edir. Bu zaman bağırsağın divarında tonus artır.


Sindrom daha çox yoğun bağırsağın funksiyalarını pozur. Bağırsağı idarə edən vegetativ sistem ilə mərkəzi sinir sistemi arasında əlaqə pozulur. 

Xəstə qarnındakı ağrılardan şikayətlə gəlir, əgər ishal varsa, ağrı az olur. Ağrılar tutma şəkilli, kesici deşici olur.

Bağırsağın mənfəzində təzyiq artaraq ağrı verir. Bəzən ya sağ, ya da sol tərəfdə palpasiya zamanı ağrı olur. 


Qıcıqlanmış bağırsaq sindromu birbaşa sinir sistemi ilə bağlı olduğundan gərginlik zamanı qarında ağrılar başlayır.

Amma xəstələr daha çox yeməkdən sonra ağrı başladığını deyir. Defekasiya aktı olandan sonra isə ağrı keçir. Bu xəstələrdə bağırsaq tam boşalmır.  

Xəstəliyin 3 gedişi var: ishal, qəbizlik, qarında köp və sancılar.


Qıcıqlanmlş bağırsağın ishal formasında xəstə 3-4 dəfədən artıq nəcis ifrazına getmir. Əgər say çoxdursa, o xəstə yoxlanmalıdır. Xoralı kolit, Kron xəstəliyi araşdırılmalıdır. Mütləq mədəaltı vəzi də yoxlanmalıdır ki, çünki pankreatitdə ponoslar olur. Əgər nəcisdə yağlılıq varsa, deməli burda mədəaltı vəzi yoxlanmalıdır. 


Köp formasında mədə-bağırsaq traktının motorikası pozulur. Karbohidratları çox qəbul edirsə, köp yaradır. Uzun müddət antibiotik qəbul edənlərdə də köp yaranır. 

Qida qəbulundan sonra dərhal çay, su içmək qəti doğru deyil. Dar paltar öd kisəsinin işinə və həzmə mane olur.

İshal zamanı insan arıqlayır, minerallar, kaliy orqanizmdən çıxır. Bu da ürəkdə aritmiya yaradır. 


Əsas əlamətləri: 

-Nəcis miqdarı az olur

-Xəstədə gecə şikayətləri olmur – çünki beyin gecə rahat olur

-Qıcıqlandırıcı hal, stress zamanı dərhal tualetə getmək istəyir

-Anemiya, arıqlama olmur, nəcisdə qan olmur



Müalicəsi: 

Bu xəstəlikdə qastroenteroloq və ya terapevt müalicəsi ilə yanaşı psixoterapevtik müalicə lazımdır.

Müayinə üçün qan analizi, nəcisin analizi verilir. Nəcisdə gizli qan yoxlanılır. 

Mütləq disbakterioz yoxlanılır. Bu zaman hansı bakteriyaların tarazlığının pozulması dəqiqləşdirilir.

Müalicəyə başladıqda ilk növbədə drenaj detoksikasiya aparılır. əks göstəriş yoxdursa hidrokolon – bağırsaqlar yuyulur və ozon vurulur.

Ishal formasında 10 gündə 1 dəfə bağırsaqlar yuyulur.

Sonra bioloji preparatlar təyin olunur. Yoğun bağırsağın meridianı boyu iynə ilə preparatı vururuq. 

Xəstədə anemiya varsa, bura qan dövranını düzəldən dərmanlar əlavə olunur. 


Rektal ozon – bağırsaq yuyulandan sonra bağırsağın xovlarının arasını açır. Orda olan parazitlərə, yumurtalara öldürücü təsir edir. Amma bu metodu özbaşına etmək olmaz, əks göstərişləri var.


Bioloji təbabət klinikasında bu xəstəlik 2-3 ay müddətində müalicə olunur. Dərman preparatlarının isə sayı çox deyil. 

Bioloji tənzimləyici terapiya və preparatlar xəstəliyin səbəbini aradan qaldırır. Xəstənin müqavimət qabiliyyəti düzəlir.

Qıcıqlanmış bağırsaq sindromu güclü stressdən sonra yenidən qayıda bilir.

 

 


 

 


 Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89





 

Qıcıqlanmış bağırsaq sindromu –  köp, ishal, sancı
Qıcıqlanmış bağırsaq sindromu –  köp, ishal, sancı