Qədim Haldi mərasimi – Sarıkök ilə təmizlənmə

  • 2019.04.12 16:20
  • 11531 Baxış
Qədim Haldi mərasimi –  Sarıkök ilə təmizlənmə
Haldi – qədim hindus mərasimidir. Toydan əvvəl xınadan sonra evlənəcək gənclər üçün olunur.


Medicina.az xəbər verir ki, mərasimin əsas atributu sarıkökdür. Onu badam yağı, qızılgül suyu ilə qarışdırıb, yağı gəlinin üzünə, ayağına, bədəninə çəkir, sarıköklü qızılgül suyu ilə ayaqları vanna edir, saçlarını yuyurlar.


İnanca görə, həm bəy, həm gəlinin evində keçirilən Haldidən sonra oğlan və qız toya qədər evdən çıxmamalıdır. 


Haldinin effekti nədədir?


Sarıkök güclü antiseptik olduğu üçün həm ruhun, auranın, həm də bədənin təmizlənməsini həyata keçirir. Bədəndə hər hansı səpki, yara, kəsik varsa onu dezinfeskiya edib, sağaldır.  


Eləcə də sarıkök badam yağı ilə təbii skrab və detoksdur. Dərinin ölmüş hüceyrələrini təmizləyir, toksinləri, mikrobları zərərsizləşdirir.

Yəni mərasimdə məqsəd gəlinlə bəyin bədənini maksimum detoks edib, bir –biri üçün zərərsiz, təmiz hala gətirməkdir.


Eləcə də sarıkök əsəb sisteminə sakitləşdirici, rahatlaşdırıcı təsir edərək, yüngül antidepressant təsiri bağışlayır. Əhvalı açır, başda gərginliyi götürür.

Sarıköklü su ilə vanna və saçların yuyulması isə neqativ enerjini aradan qaldırır, pis ruhların təsirini zərərsizləşdirir, beləcə, gəlinlə bəy bir-birinə müsbət emosional təsir edir.


Biz hindli olmasaq da, qədimdən gələn bu adəti sadəcə evimizdə, özümüz üçün sınaya bilərik. 

Hər kəs evində bir Haldi mərasimi düzənləyə bilər.  Bir şərtlə ki, sarıkökünüz orijinal və ətirli olsun.

Qədim Haldi mərasimi –  Sarıkök ilə təmizlənmə