Qəbizlik və yüksək təzyiqin çarəsi - Bağırsaq yuyulmasının effekti

  • 2018.03.28 15:55
  • 59082 Baxış
Qəbizlik və yüksək təzyiqin çarəsi -  Bağırsaq yuyulmasının effekti
El arasında "bağırsaq yuyulması” deyilən hidrokolonterapiya prosesi klinika səviyyəsində, daha püşəkar və tibbi bir prosedurdur. İlk öncə yoğun bağırsaq yuyulur, sonra hissə-hissə nazik bağırsaqlara keçilir. 


Bir kurs olaraq 3-5 dəfə yuyulma olmalıdır. Almaniyalı mütəxəssislər hətta 7-10 dəfə keçirməyi məsləhət görürlər. Sağlam adamlar ildə 2 dəfə hidrokolondan keçə bilər. Xəstələr üçünsə ildə 3-4-5 dəfə də mümkündür. 


Bioloji Təbabət Klinikasının hidrokolon üzrə mütəxəssisi klinikada hansı problemləri olan xəstələrdə hidrokolonun effekt verdiyi barədə danışdı:


" Bizdə sağlam insanlar profilaktik məqsədlə bədəndən zərərli maddələri xaric etmək üçün ildə 2 dəfə bu prosedurdan keçirlər və doğru da edirlər. Daha çox qəbizliyi olan xəstələr müraciət edir. Əksəriyyəti bir kursdan sonra etiraf ediblər ki, artıq qəbizlik olmur. Burda əsas iş prinsipi nədir: bağırsaqlar bir dəfə mexaniki təmizlənəndən sonra bağırsaqda özünü tənzimləmə prosesi işə düşür, bağırsaqlar özü hər gün bir dəfə boşalmağa başlayır. Amma elə xəstələr var ki, xroniki xəstədir, onlara təkcə bağırsaqların yuyulması təsir etmir, yanaşı mədə-bağırsaq müalicəsi də lazımdır”


Bağırsaqların yuyulması bağlı təzadlı fikirlər var: bir qrup bağırsaqların su axını ilə təzyiqlə yuyulmasının bağırsaqlara zərərli olduğunu, onun mikroflorasını pozduğunu irəli sürüb. Bİr çox insanlar isə " birdən zərər edər” deyə qorxur. Həkim əslində bu prosedurun heç bir qorxusu olmadığını bildirdi:


" Biz öz təcrübəmizdən danışa bilərik: illərlə ishal keçirən, Kron xəstəliyi olan pasiyentlərimizə hidrokolon etdik və nəticədə ishalın sayında azalma oldu, tənzimlənmə baş verdi. Bir kursdan sonra hətta gündə normal bir dəfəyə kimi endi. Əgər bağırsağın mikroflorasını pozursa, gərək azalma yox, artım olaydı. Demək ki, mikroflora ilə bağlı fikirlər əsassızdır. Şəkərli diabet xəstələrinə çox effektivdir. Dəri xəstəlikləri, allergik problemlər, bir də yüksək təzyiqi olanlarda çox gözəl nəticələr almışıq. Bağırsaq daşlarını aralayır, tökür, qudr invaziyalarında qurdları kənarlaşdırır. Onkoloji xəstələrə xüsusilə bədənin təmizlənməsi üçün çox vacibdir. 


Hidrokolonterapiyada bağırsaqlara heç bir mexaniki zədə toxunulmur. Yalnız su ilə işləyirik. Hidkolonterapiyada filtrdən keçirilmiş su, oksigendən istifadə olunur. 


Əlbəttə prosedurun əks-göstərişləri də var:

-Hamilə qadınlara, bağırsaqlarda daxili qanaxması olanlara, kəskin babasili olanlara, qanaxmla Kron xəstəliyi, xoralı kolitlərə olmaz. 

-Uşaqlarda 12 yaşından sonra tətbiq oluna bilər. Uşaqlar üçün heç bir əks göstərişi yoxdur. 



Klinikada Almaniya istehsalı hidrokolon texnikası və birdəfəlik şlanqlardan istifadə edilir. Hər xəstə üçün fərdi şlanqlarvə ləvazimatlar götürülür, istifadədən sonra atılır.   


 


Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Instagram: bioloji.tebabet

Qəbizlik və yüksək təzyiqin çarəsi -  Bağırsaq yuyulmasının effekti