Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaynar çay içmək qida borusu xərçəngi yaradır - ALİMLƏR

  • 2019.03.22 12:26
  • 13638 Baxış
Qaynar çay içmək qida borusu xərçəngi yaradır -  ALİMLƏR
Çoz isti çay, müasir dövrdə hətta qəhvəni də isti içmək bizim vərdişlərimizdəndir. Qaynar çayın zərəri barədə bir neçə dəfə yazı hazırlamışdıq.


Son illər qida borusu, qırtlaq xərçəng növünün geniş yayılmasını nəzərə alaraq, bir qrup alim qaynar çayın bu xəstəliyin yaranmasında rolunun olub-olmamasını araşdırıb.

 

Medicina.az xəbər verir ki, araşdırmada  40-75 yaş arasında  50 mindən çox insan arasında qidalanma vərdiişi araşdırılıb və orta hesabla 10 il müşahidələr aparıb. Tədqiqat qrupu bu müddət ərzində 317 nəfərə qida borusu xərçəngi diaqnozu qoyulub.


Alimlər belə bir nəticəyə gəlib ki, temperaturu 60C-dən yüksək olan 700 ml-dən çox çayın və ya qəhvənin içilməsi, sözügedən ölümcül xəstəliyin inkişafı riskini 90 faiz artırır. Alimlər bu riski aradan qaldırmaq üçün çayı ilıq içməyi tövsiyə edir.