Qatar qəzasında yaralanan kişini səhv əməliyyat etdilər - VİDEO

  • 2018.11.02 15:39
  • 10727 Baxış
Qatar qəzasında yaralanan kişini səhv əməliyyat etdilər -  VİDEO
Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır. 


Medicina.az-ın Baku TV-yə istinadən məlumatına görə, xəstənin anası Sevil Salmanova bildirib ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər. 


Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb. 


Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Bir aydır ki, reanimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır. 


Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva bu əməliyyatın pulunu ödəməkdən imtina edib.