Qarpız tumları yemək kişilərə xeyirlidir – İntim gücü artırır

  • 2018.08.31 18:44
  • 11042 Baxış
Qarpız tumları yemək kişilərə xeyirlidir –  İntim gücü artırır
Qarpız tumları qarpızın özündən daha faydalı imiş. Bu barədə " Sağlam və idman qidalanması” diaqnostik mərkəzinin həkim-dietoloqu Yekaterina Burlyayeva məlumat verib:


" Qarpız tumlarında olan yüksək sink kişi orqanizmi üçün vacib olan testosteron hormononun sintezi üçün vacibdir. Ona görə gündəlik rasiona qarpız tumlarının daxil edilməsi çox vacibdir. 100 qr qarpız tumu gündəlik sink təminatını ödəmiş olur. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər də qarpız tumu yesin, tərkibində kaliy və maqniy çoxdur”. 


Medicina.az xəbər verir ki, 100 qr tumda 60-90% gündəlik fosfor, marqans ehtiyatı var. B qrup vitaminlərinin bütün spektrini əhatə edir. 

Amma unutmaq olmaz ki, tum çox kalorili qidadır. 100qramda 600-650 kk var. Ona görə onu 100 qr-dan çox qəbul etmək olmaz. 


Qappız tumlarını çiy halda və ya qovuraraq yemək olar. Onları dişlərlə çeynəyib uda da bilərsiz, blenderdə üyüdə də bilərsiz. Üyüdüb qatıq, yoqurt, sıyıqlara qata bilərsiz. 


İndidən qışa qarpız tumları saxlamaq üçün onları qovurub, üyüdüb, şüşə qabda saxlamaq olar.