Azərbaycanda qardaş böyrəyini bacısına bağışladı

  • 2019.01.22 14:05
  • 12845 Baxış
Azərbaycanda qardaş böyrəyini bacısına bağışladı
 

26 yaşlı qadın üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.


Metbuat.az xəbər verir ki, donor pasiyentin qardaşı olub. Xəstənin həyat yoldaşının donor olmağına razılıq verməsinə baxmayaraq, qadının qardaşı bu istəyə qarşı çıxaraq özü donor olmağa qərar verib.


Əməliyyatı icra edən həkim Rəşad Şolanın sözlərinə görə, transplantologiyada ən böyük problem donorluqdur. Bu ailə isə o nadir ailələrdən biri idi ki, həmin ailənin bütün üzvləri donor olmağa hazır olduqlarını bildirib: "Düşünürəm ki, insanlığın bu canlı nümunəsi təqdirəlayiqdir. Bu ailədən örnək götürülməlidir".
Azərbaycanda qardaş böyrəyini bacısına bağışladı