Qaraciyərinizin sevdiyi qidalar – Orqanizmin laboratoriyasını bu yeməklərlə gücləndirin

  • 2018.08.27 17:16
  • 71595 Baxış
Qaraciyərinizin sevdiyi qidalar –  Orqanizmin laboratoriyasını bu yeməklərlə gücləndirin
Yəqin bilirsiz ki, mədə-bağırsaq və qan sisteminizi qaraciyər idarə edir. Müasir insanın qeyri-sağlam qida rasionu, qrafiki, ağır, çətin qidalarla bədəni yükləməsi, sonda mədə-bağırsaq sistemini çökdürür deyə düşünürük. Amma əslində qaraciyəri  məhv etdiyimizi bilmirik. 


Orqanizmin "kimyəvi laboratoriyası” hesab olunan qaraciyər çox unikal orqandır. Səssizdir, dözümlüdür, əgər o işindən imtina etsə, insan heç 30 il də yaşaya bilməz. İnsan mədəsiz, bağırsağın bir hissəsi olmadan yaşaya bilər, ödsüz qala bilər, amma qaraciyəri kəsmək, bərpa etmək mümkün deyil. Yeganə orqandır ki, ondan bir hissə kəsmək olmur. 


Mədə ərköyündür, dadlı, yağlı, şirin nə var xoşlayır, nə yedin, üyüdüb ötürür. Mədənin ucbatından qaraciyərin nə əziyyət çəkdiyini isə insan çox gec anlayır. Gəlin, yeni qidalanma rejiminə keçin. Mədənin yox, qaraciyərin sevdiyi qidaları yeyin.


Medicina.az qaraciyərin sevdiyi və lazımlı ərsaqları araşdırıb.

 



1.Yağsız balıq və ət


Dəniz məhsullarından gözünüzə dəyən yaxşı nə varsa, yeyin. Ət istəsəniz yağsız toyuq, hind quşu,cavan dana əti buxarda və ya suda bişirib yeyə bilərsiz. 


2.Yumurta, süd, qatıq


Süd həmişə ayrıca, digər ərzaqlarla qarışdırılmadan içilməlidir. Pendir, kəsmik az yağlı olmalıdır. Kefir, ayran, təbii yoqurt, qatıq – ürəyin istəyən qədər ye. Xüsusən qaraciyəri xəstə olanlar hər gün bunları qəbul etməlidir. 


Yumurtanı isə suda qaynadın, yağda qızartmayın. 


3.Göyərti


Cəfəri, şüyüd, xiyar, kahı – bunlar hər gün yeyilməlidir.


4.Səhərlər buterbrod əvəzinə banan, alma, gavalı, üzüm yeyin. 


Bunları yedikdən sonra, bir çay qaşığı təmiz bal udsaz, qaraciyəriniz lap zövq alacaq. 


5.Şorbalar, sıyıqlar


Qaraciyəri optimal tonusda saxlamaq üçün tərəvəzli, yağsız, yüngül şorbalar, yaşıl borş, tərəvəz raqusu – bizim həftəbecər, yüngül salatlar, qarabaşaq, yulaf, buğda sıyıqları zülal, amin turşusuları və mürəkkəb karbohidratlarla zəngindir. Yulaf isə qaraciyəri təmizləyir. 


6.Yağlara diqqət


Müasir zamanda yaxşı yağ çətin tapıldığı üçün qaraciyər üçün soyuq sıxılma üsulu ilə hazırlanana,rafinə olunmamış zeytun, kətan toxumu, günəbaxan, soya yağı məsləhətdir.

 

Dietoloqlar isə çoxdan unudulan möcüzəvi yağ – Amaranta yağını önə çəkir. Gün ərzində cəmi 1-2 çay qaşığı Amaranta yağı bütün mədə-bağırsaq və qaraciyəri rahatladacaq. Qaraciyər marqarini sevmir, amma gündəlik 20-30 qram təmiz kərə yağı mütləqdir. 


5. Təmiz və mineral sular


Mağazadan alınma ən yaxşı hesab olunan şirələr belə qaraciyərin düşmənidir. Kran suyu da qaraciyər üçün dözülməzdir, onu süzənə kimi orqan sıradan çıxar. Ona görə təmiz filtrdən keçirilmiş su için. Müalicəvi sanatoriya suları da hədtədə 1-2 dəfə için, amma qazsız olmaq şərtilə.

Qaraciyərinizin sevdiyi qidalar –  Orqanizmin laboratoriyasını bu yeməklərlə gücləndirin