Qaraciyəri yüklənənlərə unikal resept – Toksinləri çıxarır

  • 2019.04.05 18:43
  • 47017 Baxış
Qaraciyəri yüklənənlərə unikal resept –  Toksinləri çıxarır
Əgər insanın qaraciyəri çox yüklənib və yaxşı işləmirsə, o insanda enerji çatmamazlığı, halsızlıq, başgicəllənmə, ürəkbulanma, sağ qabırğaaltında ağrı, həzm problemi, dəri səpkiləri və s. ilə özünü büruzə verir.


Medicina.az yüklənmiş qaraciyəri təmizləyib, işini bərpa edəcək asan resepti təqdim edir.


Bunun üçün lazımdır:


Təzə nanə - 1 ovuc

Limon suyu – 1ədəd

Portağal -1 ədəd

Su -1 litr

Təmiz bal – 30 qr


Su qızdırılır, bura yuyulmuş nanə əlavə olunub, zəif odda 7 dəqiqə hazırlanır. 


Oddan götürülüb, soyudulur. Sonra bura bir limon və portağalın suyu sıxılır, bal qatılıb qarışdırılır. 1 saat saxlanılıb, süzülür. Şüşə bankada saxlanılır.

Gündə 1 stəkan içmək kifayətdir. 


Bir kurs 14 gün