Qaraciyəri təmizləyən – Xüsusi içki

  • 2018.02.12 18:14
  • 33966 Baxış
Qaraciyəri təmizləyən –  Xüsusi içki
Əgər qaraciyəriniz yüklənibsə, çoxlu antibiotik və dərman qəbul etmisizsə, o zaman ev şəraitində bu zərif içki ilə qaraciyəri təmizləməyi sınayın. Tamamilə zərərsiz üsuldur, qaraciyərdən toksinləri çıxarır, orqanimzmin ümumi vəziyyətini yaxşılaşdırır.


Medicina.az bu möcüzəvi içkinin reseptini təqdim edir.


Tərkibi: 

Təzə nanə - 1 dəstə

Bir limonun suyu

Bir portağalın şirəsi

1 litr təmiz su

3 xörək qaşığı təmiz bal


Hazırlanması: 

Metal qaba su alınır, od üzərində qızdırılır. Bura yuyulmuş nanə qatılıb, zəif odda 5 dəqiqə hazırlanır. Oddan götürüb, soyudulur. Bura 1 limon, 1 portağal suyu və bal qarışdırılır. Tənzifdən süzülür. Şüşə butulkaya yığılır. Gündə 1 stəkan içilir. Həm qaraciyər, həm bağırsaqları təmizləyir.