Qaraciyəri təmizləyən RESEPT

  • 2018.04.10 11:21
  • 22968 Baxış
Qaraciyəri təmizləyən  RESEPT
Qaraciyər insan vücudunda önəmli orqanlardan biridir. Əsas funksiyalardan biri orqanizmə xaricdən daxil olan və orqanizmin özündə əmələ gələn müxtəlif ziyanlı maddələri (toksinlər, şlaklar və s.) zərərsizləşdirməkdir.


Qaraciyər orqanizmin təbii filtridir. Ancaq müəyyən zamanlarda qaraciyəri təmizləmək gərəklidir. Bu qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onun sağlamlığını qoruyur.


Medicina.az qaraciyəri təmizləmək və yeniləmək üçün belə bir resept təqdim edir:


1 stəkəkan təzə qatığa 1 ç.q. bal, yarım ç.q. sarıkök və 1 x.q. üyüdülmüş qarabaşaq əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1 saat sonra bu qarışımı qəbul edin. Bunu 2 həftə ərzində hər gün etmək lazımdır. Daha sonra 1 həftə fasilə verilir və müalicə kursu təkrar olunur.


 

Qeyd edək ki, qaraciyər xəstəlikləri və iltihabı olan insanlar bu vasitədən yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra istifadə edə bilər.