BölmələrRU
Xidmətlər
 

Qara nöqtələrdən təmizləyən ASAN VASİTƏ - Hər evdə var

Artıq yay gəlir. Dərimizi gözəlləşdirməyin zamanıdır. Ümumiyyətlə, dərimizin quruluşuna təsir edən bir sıra amillər var. Bunlar genetika, yaş, dəri baxımı və psixologiyadır.

Medicina.az Publika.az-a istinadən xəbər verir ki, dəri təmizləyici maskalar hər yaşa, hər bir dəri tipinə görə fərqlidir. Şəhərin tozu və stress təmizliyinə laqeydlik göstərilmiş dərinin qısa müddətdə problemli olmasına şərait yaradır. Odur ki, öz dəri tipinizə uyğun dəri təmizləyici maskaları istifadə etməyiniz tövsiyə olunur.

Yağlı dəriləri civzələrdən, qara nöqtələrdən təmizləmək üçün ən ucuz vasitəni siz də sınayın.

Qara nöqtələr üçün təsirli maska:

Bir ədəd limon və bir kasa qatıq

Limonun suyunu yaxşıca sıxın. Sonra bir kasa qatığa tökərək qarışdırın. Hazırladığınız qarışığı üzünüzə, gözlərinizdən başqa, hər yerinə çəkin. Limon turşusu gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin. 15 dəqiqə sonra üz dərinizin quruyaraq gərginləşdiyini görəcəksiniz. İlıq bol su ilə maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edin və qara nöqtələrin yox olduğunu görəcəksiniz.