- Hansı eynək seçilməli..."Qara eynəklər gözləri korlaşdırır"

  • 2018.05.19 12:31
  • 25029 Baxış
- Hansı eynək seçilməli... "Qara eynəklər gözləri korlaşdırır"
Havalar istiləşdikcə gün eynəklərindən istifadə edənlərin sayı artıb.

 

Bəs satılan hər eynəyə güvən varmı?


 

Medicina.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Modern.az-a deyib ki, gün eynəkləri ilə bağlı problemlər təəssüf ki, hələ də qalmaqdadır:


"Bu gün də təəccüb edirəm ki, xüsusilə qadınlar qış aylarında qara eynək taxırlar. Mənim 71 yaşım var, heç vaxt qara eynək taxmamışam və 100 faiz də görməm var.  Qara eynəklər insanların gözlərini korlaşdırır. Azərbaycana gətirilən qara eynəklər ucuz qiymətə, standarta uyğun olmayan məhsullardır və onları necə gəldi satırlar. Halbuki, qanuni hazırlanmış qara eynəklərin müəyyən testləri var. Bu testlər vasitəsilə eynəklər saxta olub-olmadığını bilmək mümkündür. Azərbaycanda gün eynəklərinin təxminən 80 faizi saxtadır. Yaxşı olar ki, gün eynəklərini hazırlıqlı göz həkimləri təyin etsinlər. Təəssüf ki, bu sahədə hazırlıqlı həkimlər də azdır”.


Müsahibimiz bildirib ki, eynəyin brend olması keyfiyyət göstəricisi deyil:


"Alıcılar bilməlidilər ki, brend olan eynəklərin xüsusi testləri olur. Məsələn, poloroid eynəklərinin testlərində yol şəkli, avtomobil vardır ki, həmin eynəyi geyinərkən adi gözlə görünməyən bu cisimlər görünür. Testləri olmayan eynəklər keyfiyyətsiz eynəklərdir. İstehlakçılar eynək alarkən onun məişət sertfikatını, testinin olub-olmadığını soruşmalıdırlar.


Brend dükanlarda da saxta eynəklər ola bilər. Çünki bu sahədə demək olar ki, yoxlama getmir, göz həkimləri bu işə diqqət yetirmir. Əhalinin də eynək taxmaq mədəniyyətsizliyi var”.


"Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan müdafiə etməlidir”


Oftalmoloq Mahir Məmmədzadə qeyd edib ki, insanlar gün eynəyi almazdan qabaq həkim müayinəsindən keçməli və  gözdə hər hansı qüsurun olub-olmaması aşkar edilməlidir:


"Gün eynəyi sadə, yaxud dərəcəli ola bilər. Tutaq ki, bir insanın görmə qüsuru yoxdursa, eynəyi sadəcə günəşdən qorunmaq üçün istifadə etmək istəyirsə, onun materialına, üzərindəki örtüyə diqqət etməlidir.  Material plastikdən və ya şüşədən ola bilər. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir”.


M.Məmmədzadənin sözlərinə görə, maşın sürən, minik avtomobilindən istifadə edən insanlara şüşə materiallı eynəklərdən istifadə  heç də qənaətbəxş deyil:


"Gün eynəklərinin tündlülük dərəcəsinə də fikir vermək lazımdır. Yüksək tündləşmə o qədər də məsləhət deyil.  Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan müdafiə etməlidir.  Ultrabənövşəyi şüaların qorunma faizini müəyyən etmək üçün optikalarda xüsusi aparatlar olur”.
- Hansı eynək seçilməli... "Qara eynəklər gözləri korlaşdırır"
- Hansı eynək seçilməli... "Qara eynəklər gözləri korlaşdırır"
- Hansı eynək seçilməli... "Qara eynəklər gözləri korlaşdırır"
- Hansı eynək seçilməli... "Qara eynəklər gözləri korlaşdırır"
- Hansı eynək seçilməli... "Qara eynəklər gözləri korlaşdırır"
- Hansı eynək seçilməli... "Qara eynəklər gözləri korlaşdırır"