Qansız şəkər ölçən qlükometr istehsal olunur – Şəkəri ölçmək asanlaşacaq

  • 2018.04.12 14:02
  • 23471 Baxış
Qansız şəkər ölçən qlükometr istehsal olunur –  Şəkəri ölçmək asanlaşacaq
Britaniyada qanda qlükozanın miqdarını ölçəcək yeni cihaz artıq hazırdır və tezliklə kütləvi satışa buraxılacaq. Bu innovativ metod dünyada milyonlarla şəkər xəstəsini hər gün qan çıxartmaqdan xilas edəcək. Məhz barmağı deşib və ya venadan qan verməklə şəkəri ölçmək səbəbindən insanlar analiz verilməsini yubadır, yayınır. 


Hətta klinikalarda da istifadə olunacaq bu gadjet gündə 100 analiz götürə biləcək. 

Qeyri-invaziv qlükometr əvvəlcə donuzlar üzərində sınaqdan keçirilib. Yeni sensoz dərini deşməyəcək, tük follikulları arasından hüceyrəarası mayedəki qlükozani sovuracaq. 

 

Xatırladaq ki, 2016-cı ildə koreyalı alimlər də plastır kimi yapışdırılan qlükometr icad ediblər. 


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyon insan diabet xəstəsidir.